Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər
Bizi izləyin

Nida.az

Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.

Həmsədrlər fevralın 3-də Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər.

Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.

Qeyd edək ki, yanvarın 23-24-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilib.

Həmsədrlər görüşün yekunlarına dair bəyanatlarında münaqişənin sülh yolu ilə nizamlanmasına dair işi davam etdirməyə və iki ölkənin prezidentlərinin görüşünü təşkil etməyə hazır olduqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm