Müsavatda Arif Hacılı istefaya çağırıldı – Şok
Bizi izləyin

Nida.az

Müsavatda Arif Hacılı istefaya çağırıldı – Şok

“Mənim Müsavat Divanının üzvü kimi təsir mexanizmlərim yoxdur. Düşünürəm ki, başqanlığa namizədliyini verməK istəyən və əlində icra mexanizmi olan şəxs istefa barədə düşünməlidir”.

Publika.az-a açıqlanmasında bu sözləri Müsavat başqanlığına namizəd, Divan üzvü Tural Abbaslı başqanlığa digər namizəd Səxavət Əlisoyun müşavir vəzifəsindən istefa verməsinə münasibət bildirərkən deyib.


T.Abbaslı qeyd edib ki, başqanlıq təlimatlarında, partiya nizamnaməsində namizədin tutduğu postdan istefa tələbi yoxdur. “Mən istefa verənə də, verməyənə də hörmət edirəm. Lakin hesab edirəm ki, bu addım namizədin tutduğu postdan asılı ola bilər. Səxavət bəy başqanın müşaviridir, onun işi yalnız məsləhət verməkdir. Yəni, heç bir təsir mexanizminə malik deyil. O cümlədən, mən Divan üzvü kimi heç bir təsir mexanizminə malik deyiləm. Çünki Divan kollegial qərarla idarə olunur. Divan üzvü olmağım başqanlıq yarışında hansısa namizəddən üstün olacağıma heç bir əsas yaratmır. Düşünürəm ki, bunu namizəd olmaq istəyən və əlində icra mexanizmləri olan şəxs düşünməlidir”,- deyə o, bildirib.


“Əsas icra mexanizmi partiyanın icra aparatının rəhbəri Arif Hacılının əlindədir, siz onu nəzərdə tutursunuz?” sualına T.Abbaslının cavabı belə olub: “Mən inanmıram ki, hansısa başqanlığa namizəd Müsavatda yarış zamanı əlindəki imkanlardan istifadə edəcək. Bu həmin şəxsə divident gətirməz, əksinə əlavə problemlər yaradar. Ona görə bu mənim üçün prinsipial əhəmiyyət kəsb etmir. Onsuz da postundan həm istefa verən, həm də istefa verməyən namizəd başqanlıq kampaniyasında təlimatları pozacaqsa, cəzalandırılacaq”.

Qeyd edək ki, İsa Qəmbərin müşaviri S.Əlisoy başqanlığa namizədliyini vermək niyyətində olduğu üçün tutduğu postdan istefa verib. O, başqanlıq kampaniyasının ədalətli keçməsi üçün digər namizədləri də vəzifələrindən istefaya çağırıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm