Nida.az
Deputat Azərbaycanda beyin ölümündən DANIŞDI
Millət vəkili Qənirə Paşayeva Parlamentin iclasında müvafiq qurumları 15 il bundan əvvəl qəbul edilmiş insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini qısa zamanda icraya çağırıb.
28 oktyabr 1999-cu ildə Parlament tərəfindən qəbul
edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında
qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir
və onların həyata keçməsi üçün müvafiq qurumlar
təcili tədbirlər görməlidirlər. Bu barədə millət vəkili Qənirə
Paşayeva Parlamentin iclasında deyib.
O deyib ki, son illər orqan transplantasiyası məsələsi Azərbaycanda
genişlənməkdədir: “Qanunun qəbul edilməsinə baxmayaraq, bütün
dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən
orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu
icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar
təcili tədbirlər görməlidirlər.”
Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün ölkədə orqan köçürülməsi sadəcə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür: "Bununla da sağlam insanların həyatı da bir çox hallarda risq altına düşür. Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyiddən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı 15 ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər. Mən Parlamentimizi bu qanunun tam yerinə yetirilməsinə ciddi nəzarət etməyə çağıram."
Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Millət vəkili Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm və prosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsində ən vacib məsələlərdən biridir və qanunun icrasına, ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var.
Vasif Həsənli
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi