Nida.az
“Siyasi məhbus kampaniyası bir mərkəzdən idarə olunur”
Milli Məclisin deputatı, Avronest Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa
Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin
üzvü Elxan Süleymanov Azərbaycana qarşı bir mərkəzdən idarə edilən
siyasi məhbus kampaniyası aparıldığı haqda açıqlama
yayıb.
Publika.az-a daxil olan açıqlamada E.Süleymanov bildirib ki, Azərbaycan tərəfi humanizm prinsipindən çıxış edərək qondarma siyasi məhbus siyahılarında yer almış məhbusları milli qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif mexanizmlər vasitəsi ilə mərhələli şəkildə azadlığa buraxsa belə, beynəlxalq təşkilatların ölkəmizə qarşı siyasi məhbus kampaniyası səngimir, əksinə, daha da genişlənir.
Onun sözlərinə görə, hadisələrin təhlili göstərir ki, beynəlxalq
aləmdə siyasi məhbuslarla bağlı aparılan anti-Azərbaycan
kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir,
növbəti siyasi məhbus iddiaları da bu kampaniyanın vacib,
uzunmüddətli tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya
2015-ci il Birinci Avropa Yay Olimpiya Oyunları və parlament
seçkisi ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin
formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə
ediləcək.
“Hesab edirəm ki, belə bir şəraitdə Azərbaycan tərəfi bu qondarma
“siyasi məhbus” məsələsi ilə bağlı tarazlaşdırılmış vahid mövqe
qoymalıdır və bu vahid mövqenin vacib tərkib hissələri
aşağıdakılardan ibarət olmalıdır:
a) Azərbaycanda siyasi məhbusların olmasını iddia edən tərəfdən (QHT, beynəlxalq təşkilatlar və s.) siyasi məhbus hesab etdikləri şəxs barədə məhkəmədə iddia qaldırması və həmin iddia ilə bağlı məhkəmə qərarı tələb olunmalıdır;
b) Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri tam
azad olunmayanadək, yüz minlərlə azərbaycanlının pozulmuş hüquqları
təmin edilməyənədək, Sərsəng su anbarının yaratdığı humanitar və
ekoloji böhran təhlükəsi aradan qaldırılmayanadək, Naxçıvanın
çoxillik blokadasına son qoyulmayanadək qondarma ”siyasi məhbus”
məsələsi ilə bağlı beynəlxalq təşkilatların Azərbaycana qarşı
siyasi təzyiqlərinə məhəl qoyulmamalıdır”,- deyə deputat
bildirib.
Asif
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı