• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Şah İsmayılı Osmanlı hücumlarından qanun qoruyacaq

  • Nida.az
  • 3 Fevral 2014 15:29
  • 1 056 Baxış
Şah İsmayılı  Osmanlı hücumlarından qanun qoruyacaq

Azərbaycan tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətləri aşağılayan halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Trend-in məlumatına görə, belə bir təkliflə millət vəkili Gövhər Baxşəliyeva Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, məsələn, bu gün də Azərbaycan dövlətçiliyinin qurulmasında və tarixində müstəsna rol oynayan Şah İsmayıl Xətai barəsində onu aşağılayan hallara rast gəlmək olur: "Bu hallara xüsusən də Osmanlı dövründə yazılmış tarixi mənbələrdə rast gəlinir. Belə ki, həmin mənbələrdə Şah İsmayıl Xətai vəhşi obrazında, anasının başını kəsən kimi təqdim edilir. Sonra da o mənbələrdən istifadə edənlər yanlış fikir yaradırlar".

Millət vəkili qeyd edib ki, həmin tarixi mənbələrdən nəinki əvvəllər, elə indi də istifadə edərək yanlış fikirlər formalaşdırılır: "Hazırda Türkiyədə İsgəndər Paal adında birisi əsər yazır və o əsərdə Şah İsmayılı aşağılayan fikirlərə rast gəlmək olur. Odur ki, bu məsələlərin qarşısını ancaq qanunvericilik yolu ilə ala bilərik. Bu, Şah İsmayıldan tutmuş bu günədək olan tarixi şəxsiyyətlərimizin aşağılanmasının qarşısının alınmasına təsir edəcək".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR