Rəsulzadənin silahdaşı: “Arif Hacılının şansları yüksəkdir, o, riyakarlıq etməyib” - Özəl
Bizi izləyin

Nida.az

Rəsulzadənin silahdaşı: “Arif Hacılının şansları yüksəkdir, o, riyakarlıq etməyib” - Özəl

“Müsavat Partiyası başqanlığına namizədlər arasında Arif Hacılının şansı daha yüksəkdir”.


Publika.az-a özəl açıqlamasında bu sözləri Türkiyədə fəaliyyət göstərdiyi zaman Məmməd Əmin Rəsulzadənin silahdaşı olmuş Yəhya Taşdələn Müsavatda başqanlıq seçkilərinə münasibət bildirərkən deyib.


Y.Taşdələn qeyd edib ki, A. Hacılı Müsavata qarşı riyakarlıq etməyib. “Mən 25 ildir ki, onu tanıyıram. Cəsarətli, partiyaya sədaqətli olduğunu, canla-başla çalışdığını görürəm. Son illərdə demokratiya və hüquq mübarizəsini də gördüm. Müsavata qarşı riyakarlıq etməyib”, - deyə Taşdələn seçimini belə əsaslandırıb.


Rəsulzadənin silahdaşı başqanlığa digər namizədlər haqqında informasiyasının olmadığını bildirib: “Digər namizədləri o qədər də yaxşı tanımıram. Arif Hacılı isə başqanlığa namizəd ola biləcək şəxsdir. Onun şanslarını yüksək qiymətləndirirəm. Lakin yenə də xalqın inamını qazanmaq şərtdir”.

Y.Taşdələn bundan öncə Publika.az-a açıqlamasında Müsavatdakı seçkilərə qarışmaq istəmədiyini bildirmişdi.


Qeyd edək ki, Müsavat başqanlığına Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy iddialıdır. Onlardan hələ ki Tural Abbaslı namizədliyini rəsmən irəli sürüb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm