Vaşinqton Bakıdan nə istəyir, yaxud ABŞ Azərbaycana nə verəcək?- Şok Detallar
Bizi izləyin

Nida.az

Vaşinqton Bakıdan nə istəyir, yaxud ABŞ Azərbaycana nə verəcək?- Şok Detallar

“Soçi görüşü Vaşinqtonda ciddi həyəcan doğurdu. Təəccüblü deyildi ki, Ukrayna böhranının fonunda Qarabağda münaqişənin qızışması Rusiyaya əlavə problemlər vəd edirdi. Xüsusilə Türkmənistan və Gürcüstanın Gümrüdən uçan rus təyyarələrinə hava məkanını bağladığı bir vaxt Cənubi Qafqaz stabilliyin pozulmamasını şərtləndirirdi”.


Publika.az xəbər verir ki, bu barədə Avropa İnstitutunun siyasi analitiki Nadani Fridrixson Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Uesldə görüşü və Fransa prezidentinin təklifi ilə Parisdə təşkil olunacaq görüşü şərh edərkən deyib.


Onun sözlərinə görə, Soçi görüşü Rusiyaya təkcə münaqişəni sakitləşdirməyə deyil, həm də iqtisadi əməkdaşlığı genişləndirməyə imkan verdi: “Bu da ABŞ-ı utandırdı. Vaşinqton qəbul edə bilməz ki, münaqişənin həllinə Rusiya liderlik etsin. Misal üçün, Xəzərdə Rusiya operatorlarının fəaliyyətinin genişləndirilməsi bp və “Şhell” şirkətlərinə ciddi zərər vura bilər. Hansı ki, Soçidə münaqişədən çox, məhz bu məsələlər müzakirə olunmuşdu”.


Analitik qeyd edib ki, “altılıq” ölkələrinin İranla danışıqlar prosesində çətinliyə rast gəlməsi, Gürcüstanın enerji məsələləri ilə bağlı Tehranla razılaşmağa cəhd etməsi, Böyük Britaniya baş nazirinin Rusiyaya qarşı sanksiyaları amanzıslaşdırmağa çağırışı Qarabağ münaqişəsi ətrafındakı situasiyanı da dəyişdirib: “Həmçinin, Ukrayna böhranı gözlənilməz dəyişiklikləri ortaya çıxardır. Məhz bunun üçün ABŞ dövlət katibi Con Kerri NATO-nun Uels sammitində prezidentlərin görüşünə təşəbbüs etdi, həmçinin, Prezident İlham Əliyevlə ikitərəfli danışıqlar apardı. Əldə olunmuş nəticələr haqda ictimaiyyətə məlumat verilmir. Lakin aydındır ki, münaqişədə gərginliyin aradan qalxmasından müəyyən vaxt keçib və indi Kerrinin bu məsələni qaldırması ən azından qəribə görünür. ABŞ yəqin ki, bunu anlayır. Hesab etmək olar ki, Qarabağ münaqişəsi Vaşinqtonun Azərbaycan və Ermənistana öz təkliflərini çatdırmaq üçün vasitə oldu”.


N. Fridrixson qeyd edib ki, ABŞ Azərbaycandan bir neçə addım gözləyir. Onu fikrincə, ilk olaraq Rusiyanın müdaxiləsi olmadan qaz vədlərinin reallaşmasıdır: “Çünki Cənub qaz dəhlizi layihəsinə alternativlər axtarıldığı vaxt Moskvanın Bakı ilə münasibətləri, o cümlədən Tehran və Ankara ilə daimi danışıqlara getməsi planları alt-üst edir.

Hazırda bp “Şahdəniz”də əsas operatordur. Görünür, ABŞ Bakının və digər müttəfiqlərinin razılığı isə öz enerji marşrutuna İran qazını qoşmaq üçün Tehrana təzyiqi ikiqat artıracaq. Vaşinqton ümid edir ki, Azərbaycan Ankara-Bakı-Tiflis oxunu bərkidəcək, hansı ki, regionda Rusiyanın güclənməsinə mane olaraq baxılır. Bu arada NATO-ya tranzit imkanları verəcək Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə veriləcək. Lakin Azərbaycan balans siyasətini saxlamağa və heç kimin qarşısında sədaqət andı içməyə maraqlı deyil. Bu ilk növbədə ölkənin təhlükəsizlik məsələsi ilə bağlıdır. ABŞ, Avropa Birliyi və Böyük Britaniya Azərbaycana hər şeyin əvəzini verə biləcəklərmi? Çünki hər şey təkcə Qarabağ münaqişəsinin həlli ilə bitmir.

İraq böhranı və İŞİD-in güclənməsi əlavə təhlükədir. Hansı ki, “İslam dövləti” Azərbaycana iddialarını gizlətmir. Hesab edirəm ki, Bakı İraq tərəfdən gələcək təhlükə, həmçinin Rusiya ilə münasibətlərin pisləşəcəyi təqdirdə vəziyyəti kompensasiya etmək üçün Qərb partnyorlarından qanunla tənzimlənmiş əməkdaşlıq tələb edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm