Vaşinqton və Moskva Qarabağla bağlı razılığa gəlib?
Bizi izləyin

Nida.az

Vaşinqton və Moskva Qarabağla bağlı razılığa gəlib?

Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan Paris görüşü Soçi və Uels görüşləri fonunda suallar yaradır.

Publika.az xəbər verir ki, bununla bağlı iki variant üzərində düşünmək mümkündür. Birincisi, Qərb və Rusiya regionda sabitliyi qorumaq üçün növbə ilə prezidentləri görüşdürmək lazım olduğunu anlayır. İkincisi, Ukraynada üz-üzə gələn tərəflər Qarabağda güzəştsiz oyuna giriblər.


Lakin bu oyun olduqca mürəkkəb görünür. Belə ki, Putin prezidentləri Soçidə görüşdürəndə Qərb bunu alqışladı. İndi Rusiyanın Paris görüşünə yanaşması maraqlı olacaq? Əgər Rusiya bu görüşə maneə yaratmayacaqsa, hesab etmək olar ki, regionda sabitlik üçün Qərblə Rusiya arasında razılıq var.

Çünki Qafqazda münaqişə heç bir tərəfə maraqlı deyil. Xüsusilə, lokal və nəzarət olmayan müharibə ümumiyyətlə yolverilməzdir. Bura dörd yolun keçdiyi məkan kimidir. Burda, ABŞ, Rusiya, Türkiyə, hətta İranın da razılığı olmadan müharibənin baş verməsi hər şeyə nəzarətin itməsi ilə nəticələnə bilər.

Amma dediyimiz kimi, hər şey Putinin Ollandın təşkil edəcəyi görüşə münasibətindən sonra aydın olacaq. Çünki Soçi görüşündən öncə Paris prezidentlərin görüşünə cəhd etmişdi. Məlumatlara görə, bu görüşün qarşısını Putin aldı və ardınca Soçi görüşün təşkil etdi.


O da unudulmamalıdır ki, Rusiya münaqişənin nizama salınmasının tək formatına nail olmağa çalışır. Minsk qrupunun ləğv edilməsi bu mərhələnin birinci variantdır. Bu məsələdə Moskva Türkiyənin dəstəyini gözləyir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm