Qubad İbadoğlu partiya maraqlarını buna qurban verəcəyini açıqladı
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu partiya maraqlarını buna qurban verəcəyini açıqladı

Qubad İbadoğlu Müsavat başqanlığına namizədliyini rəsmən irəli sürüb.


Publika.az xəbər verir ki, Müsavatın qərargahında keçirdiyi konfransda Q. İbadoğlu seçki platformasını da açıqlayıb.


Onun seçki platforması “8 addımla 2018-ə” adlanır.

8 maddədən ibarət olan platformada Qarabağ və milli maraqların qorunması məsələlərinə də yer ayırıb.

Ən maraqlısı isə platformada İsa Qəmbərin siyasi təcrübəsindən yararlanmaq məsələsinin də olmasıdır.


“Milli maraqları və dövlətçilik maraqlarını partiya maraqlarından üstün tutmaq”.


Q. İbadoğlunun platformasında xüsusi məqamlardan biri də budur. Belə ki, adətən, müxalif siyasilər bunu nəzərə aldıqlarını desələr də, açıq şəkildə dilə gətirmirlər.


Platformada diqqətçəkən digər məqam, başqan seçilməyəcəyi təqdirdə Q. İbadoğlunun atacağı addımın qeyd olunmamasıdır. Halbuki digər iddialı namizəd Arif Hacılı seçki platformasında bu məqama toxunaraq bildirmişdi ki, başqan olmayacağı təqdirdə Müsavatdan getməyəcək.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm