“103 yaşlı bu qocaya kömək edin”- Başqanlığa namizəddən çağırış
Bizi izləyin

Nida.az

“103 yaşlı bu qocaya kömək edin”- Başqanlığa namizəddən çağırış

Müsavat başqanlığına namizəd olan Səxavət Əlisoy partiyadan uzaqlaşmış müsavatçı ziyalılara müraciət edib.


Publika.az xəbər verir ki, başqanlığa namizəd “facebook” səhifəsində “103 yaşlı bu qocaya yenidən dayaq olun” deyə bildirib.

“Dostlar, sizlər həyatınızın mühüm bir kəsimini Müsavat Partiyasının quruculuğuna, dirçəlməsinə, Azərbaycanda ən güclü müxalif siyasi quruma çevrilməsinə həsr etmiş fədakar insanlarsız.
Partiyadan kənarda qalmaq sizlər üçün çox ağırdır. Partiyanın bugünkü gərgin durumunu kənardan müşahidə etmək sizlərə ağır gəlir. Bir çoxları şəxsi söhbətlərdə bunu açıq etiraf edir.

Dostlar, yuvanıza, evinizə dönün. Qayıdın Müsavata və 103 yaşlı bu qocaya yenidən dayaq olun. Əminəm ki, bunu etsəniz, həm özünüz rahatlıq taparsınız, həm də Müsavat Partiyası güclənmiş olar”, -deyə S. Əlisoy bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm