• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Norveçin Baş naziri: "Əsrin müqaviləsi" Azərbaycanın tarixində dönüş anıdır

  • Nida.az
  • 20 Sentyabr 2014 19:16
  • 453 Baxış
Norveçin Baş naziri: "Əsrin müqaviləsi" Azərbaycanın tarixində dönüş anıdır

"1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın tarixində dönüş anı oldu". Trend xəbər verir ki, bunu Norveçin Baş naziri Ern Sulberq "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə təbrik məktubunda deyib. Təbrik məktubunu bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen oxuyub.

Məktubda deyilir: "Azərbaycan beynəlxalq şirkətləri və sərmayəçiləri AÇG neft yatağının inkişafında iştiraka dəvət etməklə və öz qapılarını beynəlxalq bazarlara neft ixracı üçün açmaqla ölkənin çiçəklənməsi və onun dünya bazarlarına inteqrasiyası üçün irəliyə mühüm addım atdı".

Baş nazir qeyd edib ki, 1994-cü il Norveçin "Statoil" neft şirkətinin və bir neçə ixtisaslaşmış servis şirkətlərinin Azərbaycanda kommersiya fəaliyyəti üçün də başlanğıc nöqtəsi oldu: "Bu gün - 20 ildən sonra Norveç və Azərbaycan energetika sahəsində yaxın tərəfdaşdırlar. Bu, həm Norveç və Azərbaycan, həm də onların şirkətləri üçün əlverişlidir. Biz gələcəkdə əlaqələrimizin inkişaf etdiyini görəcəyimizə ümid edirik. "Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulması ilə Azərbaycan və onun tərəfdaşları arasında yeni fəsil başlayır. Energetika və təhlükəsizlik bu gün əldən-ələ keçir. Norveç və Azərbaycan Avropaya enerji daşıyıcılarının böyük və sabit ixracının təmin olunmasında tərəfdaşdırlar və biz gələcəkdə də uzun müddət ərzində belə qalacağıq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR