Əli Kərimlinin partiyasından istefa: “AXCP-də formal fəaliyyət göstərirdim”
Bizi izləyin

Nida.az

Əli Kərimlinin partiyasından istefa: “AXCP-də formal fəaliyyət göstərirdim”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü Elçin Rüstəmli partiyadan istefa verib.

Publika.az-a açıqlamasında E. Rüstəmli bildirib ki, istefasına səbəb AXCP-dəki fəaliyyətinin formal olmasıdır: “Mən siyasi fəaliyyətlə məşğul olmurdum. Öz peşəmlə, jurnalistika ilə məşğulam. Qərara gəldim ki, bir partiyada fəaliyyətlə məşğul deyiləmsə, orda təmsilçiliyim mənasızdır.

AXCP-də uzun müddət siyasi fəaliyyətlə məşğul olmaq imkanım olmayıb. Buna görə də istefa qərarımı verdim”.


E. Rüstəmli qeyd edib ki, istefa ərizəsini yazıb, amma rəhbərliyə təqdim etməyib.

“Partiyadan istefamla bağlı heç kimi məlumatlandırmamışam, sadəcə, qərarımı açıqlamışam. İstefa ərizəm hazırdır, rəhbərliyə təqdim edəcəm.

Partiyada istefama necə reaksiya verdiklərindən xəbərim yoxdur”, - deyə o bildirib.

Sabiq AXCP üzvü bundan sonra heç bir siyasi partiyaya üzv olmaq istəmədiyini açıqlayıb.


Qeyd edək ki, E. Rüstəmli “Bizim yol” qəzetinin əməkdaşıdır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm