Nida.az
Hüseynov qardaşlarından xəbər var: “Mehman və Emin sağ-salamatdır”
Bir müddət öncə yoxa çıxan Emin və Mehman Hüseynov qardaşlarından xəbər var.
Publika.az xəbər verir ki, qardaşların yoxa
çıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müxtəlif
versiyalar ortaya atılıb. Bir neçə gün öncə isə Günay İsmayılova
adlı istifadəçi bütün müzakirələrə son verilməsi tələbi ilə çıxış
edib.
“Bildirmək istəyirəm ki, Mehman və Emin sağ-salamatdır. Hər kəs öz
işinə baxsa, daha yaxşı olar”, - deyə o, sərt şəkildə reaksiya
verib.
Ardınca bildirib ki, M. Hüseynovun səhhətində problemlər olduğu
üçün ortada görünmür. G. İsmayılova hazırda hər iki qardaşın yaxşı
olduğunu və vaxtı gələndə sosial şəbəkələrə daxil olacağını
deyib.
Adıçəkilən istifadəçinin Hüseynov qardaşları ilə hansı əlaqəsinin olduğu dəqiq bilinməsə də, onun sərt şəkildə müdafiəyə qalxması diqqət çəkir.
Bu arada izvestiya.az saytında maraqlı bir xəbər yayılıb. Sayt
sosial şəbəkə istifadəçilərindən birinə istinadən xəbər verir ki,
Mehman Hüseynov bu gün öz səhifəsinə daxil olaraq istifadəçilərdən
birini bloklayıb.
Qeyd edək ki, bir müddət öncə harda olduğu dəqiq bilinməyən Emin
Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlığı və
Təhlükəsizliyi İnstitutu (RATİ) Avropa Şurasına müraciət edib.
Müraciətdə Azərbaycan hökuməti tənqid olunub, demokratiyanın, insan
azadlığının boğulmasında ittiham edilib. Qeyd edilib ki, Avropa
Şurasının baş verənlərə heç bir reaksiya verməməsi Azərbaycanda
hüquqşünaslarını çətin vəziyyətə salıb.
Müraciətdə diqqətçəkən məqam, ortadan yox olan E. Hüseynovun itməsi
haqda bir cümlənin belə işlədilməməsidir. Hansı ki, əvvəlcə onun
harda olduğunu bilmədiklərini deyən ailəsi daha sonra iqtidara
ittiham etmişdi.
Məlumatlara görə, E. Hüseynov xarici səfirliklərin birində (İsveçrə
səfirliyində olduğu güman edilir-red) gizlənir.
Bu müraciət, həmçinin sosial şəbəkələrdə yayılan xəbərlər Hüseynov qardaşlarının hökumət tərəfindən saxlanılmadığına əsas yaradır.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO