Dağlıq Qarabağ münaqişəsi Nyu-Yorkda müzakirə olunacaq
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağ münaqişəsi Nyu-Yorkda müzakirə olunacaq

Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Edvard Nalbəndyanın ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşü planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində yazıb.

“Biz Dağlıq Qarabağ məsələsini müzakirə eləmək üçün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik” – yazıb Uorlik.

Xatırladaq ki, xarici işlər nazirlərinə iki ölkə prezidentlərinin – İlham Əliyev və Serj Sərkisyanın növbəti görüşünü hazırlamaq da tapşırılıb. Görüş Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu il oktyabrın sonunda, Parisdə baş tutmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm