Müsavat iki namizədə görə parçalandı - “İsa Qəmbərdən sonra” təhlükəsi
Bizi izləyin

Nida.az

Müsavat iki namizədə görə parçalandı - “İsa Qəmbərdən sonra” təhlükəsi

Müsavat partiyasının bir qrup üzvü qurultay nümayəndələrinə məktubla müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə qurultay nümayəndələrindən xahiş olunur ki, seçkidə səslərini Qubad İbadoğluya versinlər: “Bu qurultay təkcə Müsavat partiyası üzvlərinin deyil, bütün Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir. Qurultay həm də alternativ qaydada seçiləcək yeni partiya başqanı seçkiləri ilə əlamətdardır. Biz aşağıda imza edənlər də Müsavat partiyasının Azərbaycanda bərpa işlərinə rəhbərlik etmiş, bərpa müddətindən bu yana partiyanın tək başqanı olmuş hörmətli İsa Qəmbərdən sonra partiyanı uğurla idarə edə biləcək namizəd olaraq Qubad İbadoğlunu başqan görürük”.

Müraciətə bir çox tanınmış müsavatçı imza atıb.

Tofiq Yaqublu - Müsavat başqanının müavini
Mehman Cavadoğlu - Müsavat başqanının müavini
Məryəm Oruclu - Müsavat başqanının müavini
Vurğun Əyyub - Müsavat Divanının üzvü
Hökümə İbrahimli - Müsavat Divanının üzvü
İbrahim İbrahimli - Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri
Hikmət Hacızadə - Müsavat Məclisinin üzvü
Arifə Hüseynli - Müsavat Məclisinin katibi
Əhliman Abbaslı - Gənclər Təşkilatının sədri
Ellada Məmmədli - Qadınlar Təşkilatının sədri
Məzahir Məmmədli - Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Etibar Bayramlı - Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Əlövsət Talışxanlı - Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Rüfət Sultan - Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Səmayə Hüseynova - Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü
Nizaməddin Quliyev - Müsavat başqanının müşaviri
Dünyaxanım Cərullayeva -Müsavat başqanının müşaviri
Mərdan Mehdili - Müsavat başqanının müşaviri
Asif Məmmədli - Müsavat Məclisinin üzvü
Aypara Rüstəmova - Müsavat Məclisinin üzvü
Bəhruz Əsədbəyli - Müsavat Məclisinin üzvü
Böyükkişi Heydərli- Müsavat Məclisinin üzvü
Elxan Mehdiyev - Müsavat Məclisinin üzvü
Seyidəli Məmmədli - Müsavat Məclisinin üzvü
Elşad Paşasoy - Müsavat Məclisinin üzvü
Hamlet Səfixanlı - Müsavat Məclisinin üzvü
Qalabəy Ağalarlı - Müsavat Məclisinin üzvü, Komissiya sədri
Məlahət Mürşüdlü - Müsavat Məclisinin üzvü
Nəsibə Şuşalı - Müsavat Məclisinin üzvü
Nigar Yaqublu - Müsavat Məclisinin üzvü
Fəxrəddin Bağırlı - keçmiş Divan üzvü
Cəlal Allahverdiyev
Akademik Adil Qeybulla
Tibb elmləri doktoru, professor Yusif Qəmbərov,
Elmlər doktoru Füzuli Cərullayev - Regional koordinator.


Bu arada bir qrup müsavatçı da Arif Hacılıya dəstək bəyanatı yayıb. Musavat.com-un məlumatına görə, Arif Hacılının Seçki Qərargahı Müsavat Partiyasının VIII qurultayında keçiriləcək başqan seçkilərində Arif Hacılını dəstəklədiyini açıq şəkildə bəyan etmiş partiya yetkililərinin və funksionerlərinin siyahısını açıqlayıb.

Seçki Qərargahından onu da bildiriblər ki, həmçinin bu siyahıda adları qeyd edilənlərin əksəriyyəti qurultay nümayəndəsidir və mövqelərini açıqlayacaq digər partiya yetkililərinin adları da bu siyahıya əlavə olunacaq.

Bəyanat 123 nəfər tərəfindən imzalanıb. Lakin imzalar arasında rayon təşkilatlarında təmsil olunan müsavatçıların çoxluğu diqqət çəkir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm