Dəstək bəyanatlarını namizədlər özləri hazırlatdırıb? - Müsavatda son akkordlar
Bizi izləyin

Nida.az

Dəstək bəyanatlarını namizədlər özləri hazırlatdırıb? - Müsavatda son akkordlar

Müsavatın VIII qurultayına iki gün qaldı. Bu qurultay daha çox başqan seçkiləri ilə diqqət çəkir. Belə ki, İsa Qəmbər nizamnaməyə uyğun olaraq, 20 illik başqanlığı ilə vidalaşacaq.

Onun yerinə 4 namizəd - Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslı başqan olmaq istəyir.

Avqustun 17-i başlayan seçki kampaniyası sentyabrın 17-nə qədər davam etdi. Artıq namizədlər son akkordlarını vururlar. Diqqət çəkən məqamsa, A. Hacılı ilə Qubad İbadoğlunun daha aktiv kampaniya aparmasıdır. Bir qrup müsavatçının hər iki namizədə dəstək bəyanatı da bu arada diqqətlərdən yayınmadı. Lakin digər iki namizəd - Tural Abbaslı ilə Səxavət Əlisoy haqda bunu demək çətindir.

S. Əlisoy Publika.az-a açıqlamasında bildirib ki, o, namizədliyimi rəsmən elan etdikdən də əvvəl bəyan edib ki, fərqli bir kampaniya aparacaq: “Dostlarla məsləhətləşdik və onlar mənim təklifimi məqbul saydılar. Yəni, biz görüşlərimizi, mənə olacaq dəstəyi mətbuata sızdırmamaq qərarına gəldik. Məni dəstəkləyəcək dostlar bu gün partiyada baş verən proseslərə diqqət etdikdə bizim düzgün qərar verdiyimizi deyir. Artıq ikitirəlik göz önündədir və günü-gündən də dərinləşir. Mən hər iki namizədin hazırlatdığı “dəstək bəyanatlarını” primitiv bir populizm kimi dəyərləndirirəm və bu “dəstək bəyanatları”nın gələcəkdə Müsavat Partiyasında ciddi qarşıdurmalar üçün katalizator rolu oynayacağı qənaətindəyəm”.

Tural Abbaslı isə Publika.az-a açıqlamasında bildirib ki, təbliğat kampaniyasını qurultaya bir gün qalmışa qədər aparmaq niyyətindədir.

“Hələ də görüşə bilmədiyimiz qurultay nümayəndələri ilə görüşəcəyik. Şanslara gəldikdə isə Müsavat kimi bir partiyada əvvəlcədən proqnoz vermək mümkün deyil. Odur ki, şansların 4 namizəd arasında bərabər olduğunu düşünürəm”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm