ABŞ səfirliyi uçuşlarla bağlı məlumat yaydı
Bizi izləyin

Nida.az

ABŞ səfirliyi uçuşlarla bağlı məlumat yaydı

Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Birləşmiş Ştatlara etdiyi ilk birbaşa uçuşu ilə bağlı məlumat yayıb.

Səfirlikdən Publika.az-a daxil olan məlumatda qeyd olunur ki, ABŞ bu uçuşu böyük məmnunluqla qarşılayır:

“Bu kimi uçuşlar turizmin və yük daşımalarının inkişafına təkan verəcək və insanlar arasında münasibətləri genişləndirərək iki dövlət arasında olan dostluğu gücləndirəcək.

İlk hava reysinin gerçəkləşməsi ABŞ və Azərbaycan hökumətlərinin bir neçə illik əməkdaşlığın zirvə nöqtəsidir. ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USAİD) Beynəlxalq Aviasiya Təşkilatının üzvü olan Azərbaycana edilən aviasiya təhlükəsizliyinin texniki yardımının iki mərhələsini maliyyələşdirib. Bunun sayəsində Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycanın üzərinə düşən 8 mühüm təhlükəsizlik elementinə dair öhdəlikləri daha səmərəli yerinə yetirə bilib. 2014-cü ilin martında isə beynəlxalq aviasiya təhlükəsizliyinin qiymətləndirilməsini uğurla keçən Azərbaycan ABŞ-ın Federal Aviasiya Administrasiyası tərəfindən aviasiya təhlükəsizliyi sahəsində 1-ci ranq kateqoriyası alıb. Bu isə Azərbaycanın hava daşıyıcılarına birbaşa ABŞ-a uçuş etmək icazəsi verir. “Azərbaycan Hava Yolları” (AZAL) və ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının son aylarda etdiyi əməkdaşlıq nəticəsində, Azərbaycanın ABŞ-a birbaşa hava reyslərinın keçirilməsi üçün bütün aviasiya təhlükəsizlik tələblərinə uyğun olması təmin edilib.

Biz Azərbaycan hökumətini son bir neçə il göstərdiyi əzmkarlıq və peşəkarlıq nəticəsində əldə olunmuş uğurla təbrik edirik.

ABŞ Hökuməti gələcəkdə də Azərbaycanla mülki aviasiya sahəsində işi davam etmək və iqtisadi əməkdaşlığı gücləndirmək ümidindədir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm