Rəsul Quliyev müxalifəti sərt tənqid etdi
Bizi izləyin

Nida.az

Rəsul Quliyev müxalifəti sərt tənqid etdi

Eks-spiker Rəsul Quliyev müxalifəti sərt tənqid edib.


Publika.az xəbər verir ki, eks-spiker bildirib ki, Azərbaycan müxalifətinin hələ nə vaxta qədər pafoslu adı olan sənədlərə imza atacağını proqnozlaşdırmaq mümkün deyil.


“Antik Yunanıstandan başlayaraq bu günə qədər 3 min ildir ki, demokratiyanın məqsədi, formaları, keçid yolları və sair öz izahını müəyyənləşdirib. Sözsüz ki, bütün bunlar bundan sonra da inkişaf edəcəkdir. Sual olunur ki, Azərbaycanda yazılmış xartiya sənədində demokratiya ilə əlaqədar nə isə bir ixtira var? Fikrimcə, yoxdur. Maraqlıdır ki, hansı səbəbdən bu sənəd xartiya adlandırılır”, - deyə o bildirib.


R. Quliyev bildirib ki, müxalifət bunu özünü məmnun etmək üçün edir:

“Bu xartiyalarda əgər hökumət iştirak etmirsə, o sənədin beş qəpiklik əhəmiyyəti yoxdur. Bu sənəd maksimum - məsələn 5 ildən sonra, “mən o vaxt belə bir sənədə imza atmışdım” deyib özünü məmnun hiss etməkdən başqa heç bir şeyə yaramır. Hər halda, 40 yaşı keçmiş insanların belə bir kağız parçasına qol çəkməsi ciddi deyil”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm