Nida.az
Fəttah Heydərov: "Azərbaycanı heç bir qüvvə yolundan döndərə bilməz"
"Bir sıra beynəlxalq qurumların, tanınmış şəxsiyyətlərin və bəzi xarici təşkilatların toruna düşərək aldanmış, aldadılmış siyasətçilərin Azərbaycanla bağlı səsləndirdikləri ittihamlara əhəmiyyət vermək lazım deyil". Trend xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərov sözügedən komitənin sentyabrın 26-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan sürətli inkişaf yolundadır və bu inkişaf həmin dairələrin, Azərbaycanın inkişafını gözü götürməyən bədxah qüvvələrin maraqları çərçivəsində deyil: "Onlar bizim ölkəmizin inkişafını istəmirlər, bu inkişafı gözləri götürmür. Ona görə belə əsassız, qərəzli ittihamlarla, bəyanatlarla çıxış edirlər. Ancaq bunlara çox da ciddi əhəmiyyət vermək lazım deyil. Dediyim kimi, Azərbaycan sürətli inkişaf yolundadır və heç bir qüvvə onu bu yolundan döndərə bilməz”.
F.Heydərov qeyd edib ki, 20 il öncə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan neft müqavilələri, "Əsrin müqaviləsi" Azərbaycanın inkişafının məhvedilməz bünövrəsi, aşılmaz qalasıdır: “Bu günlərdə də həmin müqavilənin 20 illiyini qeyd etdik. Bu müqavilə də, elə bilirəm ki, Azərbaycanın qoruyucu qalasıdır. Heç kim də, heç bir qüvvə də bu qalanı aşa bilməz. Çünki bu qalanın özülü, bünövrəsi çox möhkəm və sağlamdır".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR