Nida.az
YAP-a yeni sədr müavini təyin olunub
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın 2014-cü il üçün iş planı müzakirəyə çıxarılıb.
Publika.az-ın YAP-ın saytına istinadən məlumat verir ki, YAP
İdarə Heyətinin üzvü, Partiyadaxili inkişaf və intizam
komissiyasının sədri Kərim Kərimov komissiyanın 2014-cü il üçün iş
planı haqqında ətraflı məlumat verib.
K.Kərimov bildirib ki, YAP-ın İdarə Heyətinin 7 noyabr 2013-cü il
tarixli iclasının qərarı ilə bir çox sahələri əhatə edən 12
komissiya yaradılıb. Onlardan biri də Partiyadaxili inkişaf və
intizam komissiyasıdır: "Komissiya rayon (şəhər) təşkilatlarının
fəaliyyəti barədə partiyanın mərkəzi aparatına daxil olan
hesabatlardan nümunələr götürür, araşdırmalar, təhlillər,
tədqiqatlar aparıb nəticələri barədə İcra Katibliyinə təqdim
edəcək. İldə iki dəfə Komissiya partiya təşkilatlarında partiyanın
məqsəd və vəzifələri barədə Nizamnamə tələblərinə, partiya
üzvlərinin hüquq və vəzifələrinin təminatına əməl edilməsinə,
partiya üzvünün şərəf və ləyaqətinin qorunmasına dair araşdırmalar
aparıb, nəticələrini təşkilatlarla müzakirə edəcək.
Komissiya sədri qeyd edib ki, partiyadaxili inkişafın müasir
mərhələdə əsas şərtlərindən biri partiyaya qəbulda keyfiyyət
göstəricilərinin səviyyəsinin yüksədilməsidir. K.Kərimovun
sözlərinə görə, partiyaya qəbulla əlaqədar müraciət edənlərin
ideya-siyasi dünyagörüşünə, mənəvi-əxlaqi keyfiyyətinə, milli
vətənpərvərlik hissələrinə, partiyanın Nizamnamə və Proqramında
təsbit olunmuş prinsiplərinə uyğunluğu məsələləri daim nəzarətdə
saxlanmalı, bu sahədə də daha müsbət nəticə göstərən təşkilatların
iş təcrübəsi ümumiləşdirilib yayılmalıdır.
O deyib ki, komissiya Partiyadaxili inkişaf və intizam
komissiyasının iş prinsiplərinə dair Əsasnamə və "Partiya
intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi
qaydaları" adlı təlimat işləyib hazırlayır: "Bundan əlavə, iş
planına komissiyanın rayon (şəhər) təşkilatlarının ilk
təşkilatlarla əlaqələri və işbirliyi haqqında tədqiqatlar aparır,
nümunəvi təşkilatların iş metodlarını digər təşkilatlar arasında
yayır. Həmçinin partiyanın Qadınlar Şurası və Gənclər Birliyi ilə
işbirliyi qurulacaq, onları maraqlandıran məsələlər barədə birgə
tədqiqatlar aparılacaq.
Daha sonra iclasda komissiya üzvləri çıxış edərək iş planı haqqında
fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda
Partiyadaxili inkişaf və intizam komissiyasının 2014-cü il üçün iş
planı təsdiqlənib.
Qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon
təşkilatının sədri Namiq Əliyev Partiyadaxili inkişaf və intizam
komissiyasının sədr müavini seçilib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi