İlham Əliyev Putinlə GÖRÜŞDÜ: Saziş imzalandı
Bizi izləyin

Nida.az

İlham Əliyev Putinlə GÖRÜŞDÜ: Saziş imzalandı

Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı dövlət başçılarının 4-cü sammiti çərçivəsində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşüb. Publika.az-ın Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə görüşdə ikitərəfli ticarət-iqtisadi və mədəni əlaqələr müzakirə edilib.

Rusiya prezidenti Vladimir Putin iki ölkə arasındakı qarşılıqlı dostluq əlaqələrindən söz açıb.

“Biz çox şadıq ki, əlaqələrimiz müxtəlif istiqamətlər üzrə ən həssas sferalara da daxil olmaqla dostluq üsulları ilə inkişaf edir. Dünya və Rusiya iqtisadiyyatındakı bəzi problemlərə baxmayaraq əmtəə dövriyyəsinin artmasını qeyd etmək olar. Ona görə də biz həmişə görüşməliyik, ikitərəfli münasibətləri müzakirə etməliyik”.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Həştərxan sammitinin müvəffəqiyyətlə tamamlanması münasibəti ilə Kreml rəhbəri Vladimir Putini təbrik edib. Azərbaycan dövlət başçısı bildirib ki, ikitərəfli münasibətlərdən məmnundur. “Bütün istiqamətlər üzrə, iqtisadi, siyasi, energetika, humanitar əməkdaşlıqla bağlı məsələlərdə müsbət dinamika müşahidə olunur. Biz bu pozitiv dinamikadan şadıq”.

Bundan başqa prezidentlərin iştirakı ilə qarşılıqlı dəstək və investisiyaların müdafiəsi haqqında hökumətlərarası saziş imzalanıb. Sazişi Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Azərbaycan tərəfdən isə iqtisadi inkişaf naziri Şahin Mustafayev imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm