Sabir Rüstəmxanlı: “QHT kampaniyası Azərbaycana aid planın tərkib hissəsidir”
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı: “QHT kampaniyası Azərbaycana aid planın tərkib hissəsidir”

“Bu gün bir sıra ölkələrdə gedən proseslər min il bundan əvvəl başlamış səlib yürüşünün davamıdır. Azərbaycan və Türkiyə də bu planlardan kənarda deyil. QHT adı ilə Azərbaycanın içərisində körükləmələr həmin planın tərkib hissəsidir”.


Publika.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.


Deputat bəzi məsələlərə təmkinlə yanaşmağı təklif edib. Onun sözlərinə görə, QHT-lər içərisində erməni maliyyəsi ilə qidalanan var: “Bunu heç kim dana edə bilməz. Amma bütövlükdə bu sektora hücum etmək olmaz. Bəzən qəzetlərdə heç dəxli olmayan adamlar gah Obamanı təhqir edir, gah Avropanı. Bu mövqelərdən müəyyən nəticələr çıxartmalıyıq. Elə etməməliyik ki, xırda məmurların yanlışlıqları ölkənin böyük maraqlarına xələl gətirsin”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm