Nida.az
Müsavatçıların Facebook davası
Başqanlıq seçkilərindən sonra Müsavat Partiyasında yaranan ikitirəlik artıq sosial şəbəklərdə də müsavatçıları İbadoğlu və Hacılı tərəfdarlarına bölüb.
KİV-ə verdiyi açıqlamalarla kifayətlənməyən tərəflər sosial şəbəkələrdə də bir-bilərini geninə boluna təhqir edir, bir-birilərinə qarçı ittihamlar irəli sürürlər.
Publika.az xəbər verir ki, Vurğun Əyyubun Arif Hacılının qardaşı olmaqdan yana Müsavat Partiyasına heç bir aidiyyatı olmayan Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin qurultayla bağlı yaranan narazılığı şərh etməsini tərbiyəsizlik və "nadzor" adlandırmasından sonra ittihamlar daha da intensivləşib.
Vaqif Hacıbəyli Vurğun Əyyuba cavabında Qubad İbadoğluna da atmaca atıb:
“Bir neçə gün əvvəl məni tərbiyəsiz adlandıran "tərbiyəli" indi
də "nadzor" adlandırıb.Mənə ünvanlanan bu epitetlərin səbəbi
aşağıdakı statusdur: “Tural bəy özünü yetkin siyasətçi və əsl
Musavatçı kimi aparir, ondan daha təcrübəli, ziyalı, guya həmişə
təmkinli olduğu deyilən və seçkilərdə də şəxsən mənim gözlədiyimdən
də daha uğurlu nəticə qazanan digər namizəd isə məyusedici
açıqlamalar verməkdə davam edir və bu halda açiq-aşkar faktları
təhrif edir. Mən bütövlükdə Müsavat rəhbərliyinə qarşı mübarizədə
uduzmuşam nə deməkdir? Vurğun Əyyub, Mehman Cavadoğlu, hətta Hikmət
Hacızadə kimi məşhur Divan üzvləri səninlə bərabər görüşlərə
getmiyiblərmi? Onlar Müsavat rəhbərliyi deyilmi? İsa Qəmbərin guya
gizlində kiməsə dəstək verməsi də absurddur,axı? İsa bəyin doğma
qardaşı, ağsaqqal əmisi başda dostum Vəzir olmaqla mühafizəçiləri,
Müsavatdakı qohumu Fəxrəddin Bağırov açıq şəkildə sənə dəstək
veribsə, onda İsa bəy əl altından sənin əleyhinə nə iş görüb? Digər
tərəfdən, İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O müsavatçı
deyil bəyəm? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni
simanız? Kənardan heç də yaxşı görünmür, vallah”.
Vaqif Hacıbəylinin bu şərhinə Qubad İbadoğlu Facebook səhifəsində sadəcə, “Onun danışmağa mənəvi və siyasi haqqı yoxdur”, - deyə qısa cavab yazıb.
Vaqif Hacıbəyli cavabını çox ləngitməyib:
"Mən bu ittihamlara cavab olaraq heç kəsi təhqir etmədən mənəvi haqqımın onlardan az olmadığını və Müsavatdakı xoşagəlməz proseslərin arxasında cəmiyyətdə müsbət imicə malik Vurğun Əyyubun olduğunu bildirəndə o mənə küçə adamı səviyyəsində cavab verib. Mən də bu açıqlamaya cavab olaraq bildirmişəm ki, sizin açıqlamalarınız hansı səviyyənin və hansı mənəviyyatın sahibi olduğunuzu bariz nümayiş etdirir. Nə yazılıbsa, hamısı səhifəmdə var, saytlar da paylaşıb. İndi bu olayda kim özünü YAP-çı kimi aparıb hər kəs özü üçün qiymətləndirsin”.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu