Nida.az
Zahid Oruc: “Ermənistana bütün istiqamətlər üzrə həmlə etməliyik”
“Cənab Prezidentin qeyd etdiyimi kimi, Qarabağ prosesləri Ermənistanın saxta dövlətçiliyini sarsıtmaqdadır. Ermənistan Ağdam cəbhəsi kimi növbəti sindromu yaşamaq istəməz. Hansı ki, məlumatlara görə, 30-dan artıq itki vermişdilər və Sərkisyan rejimi erməni xalqının qəzəbindən qorxaraq, ölənləri hər gün iki-iki təqdim etməklə ümumi prosesin tərkib hissəsi kimi göstərərək qurtuldu”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və
təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Prezident
İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin iclasında
Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışını
dəyərləndirərkən deyib.
Millət vəkili qeyd edib ki, Yerevan rejimi cəbhədəki gərginlikdən
siyasi xal qazanmaq və cəmiyyətdə hansısa gerçəkliyi ört-basdır
etmək üçün istifadə edirdi: “Eyni zamanda, xalqın ağır şəraitini
Ermənistanın iqtisadi gücünü Qarabağ məsələsinə yönəltməsi ilə
əsaslandırırdı. İndi vəziyyət dəyişib. İndi Azərbaycana atılan hər
güllənin əvəzi 10 qat çıxılır. Belə olan təqdirdə, Qarabağ
cəbhəsində irəliləyişə nail olmaq, Azərbaycana təsirli zərbəyə əl
atıb ondan Ermənistanın ictimai-siyasi həyatından faydalanmaq
imkanları tükənir. Əksinə, cənab prezidentin qeyd etdiyi kimi təmas
xəttində yaşanan hər bir gərginlik Ermənistandan köçə səbəb olur.
Ermənistandakı vəziyyət 90-cı illərdə Azərbaycanda yaşanırdı. O
zaman bizdə normal rəhbərlik və uğurlu siyasət olmadığından
insanlar çıxış yolunu kənarda axtarırdı. İndi Azərbaycan güclənib
və vəziyyət dəyişib. Lakin Ermənistan haqqında bunu demək olmur.
Onların öz statistik məlumatlarına əsasən, ötən il 93 min insan
ölkəni geri qayıtmamaq üçün tərk edib. Bu əmək resurslarının
itirilməsi Ermənistanın gələcək həyatına, müdafiə qabiliyyətinə
sarsıdıcı zərbədir”.
Lakin Z. Oruc düşünmür ki, Ermənistanın boşalması nəticəsində
Azərbaycan bir güllə belə atmadan Qarabağa qovuşacaq. Onun
fikrincə, məsələ bu qədər bəsit deyil: “Çünki burda kənar qüvvələr
mövcuddur. Biz Rusiya ilə münasibətləri daha da yaxşılaşdırıb
onların Ermənistanla strateji əlaqələrini sıfıra endirməliyik, eyni
zamanda, Ermənistanın İrandan çıxış yolunu bağlamalıyıq. Beləliklə,
Ermənistanın üzərinə bütün istiqamətlər üzrə həmlə etməliyik”, -
deyə komitə üzvü vurğulayıb.
Asif Nərimanlı
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO