Mitinqin aparıcısı kim olsun?- Milli Şurada “dava” başladı
Bizi izləyin

Nida.az

Mitinqin aparıcısı kim olsun?- Milli Şurada “dava” başladı

Milli Şura mitinqində kimin aparıcı olması üstündə razılıq əldə olunmur.


Publika.az xəbər verir ki, AXCP Gənclər Komitəsinin üzvü Abdulla Mahmudov aparıcılığın Sahib Kərimliyə həvalə olunmasının təklif edib.

“Mitinqin aparıcısı kimi Sahib bəyi görmək istəyirəm. Xahiş edirəm, Milli Şura rəhbərliyi istəyimi nəzərə alsın”, - deyə o bildirib.

Lakin bu təklif birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Müzakirələrdən görünür ki, mitinqin aparıcısı haqqında fikir ayrılığı var.


AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı İlham Hüseynin namizədliyini irəli sürüb. Onun fikrincə, İ. Hüseyn bu işdə sənətkardır.

Bununla yanaşı, Ə. Qurbanlının özünün aparıcı olması təklif olunub.

Lakin buna qarşı çıxan gənc cəbhəçi İnqilab Kərimov buna etiraz edib.

“Əbülfəz aparıcı olsa, mitinqdə yalnız onun çıxışındakı dəvətlilər paylaşılacaq. Sahib bəy aparsa, bütün mitinq paylaşılacaq. Fərq budur”, - deyə bildirib.

Bəzi cəbhəçilər İbrahim İbrahimli və Aqil Məhərrəm təklif olunub.

Lakin ümumi razılıq əldə olunmayıb. Milli Şura rəhbərliyi məsələ münasibət bildirməyib.

Qeyd edək ki, Milli Şuranın mitinqi oktyabrın 12-i, saat 15:00-da Yasamal rayonu, “Məhsul” stadionunda keçiriləcək.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm