• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sona Vəliyeva: “Nobel Sülh Mükafatına ən layiqli namizəd Mehriban xanımdır”

  • Nida.az
  • 14 Oktyabr 2014 17:57
  • 1 151 Baxış
Sona Vəliyeva: “Nobel Sülh Mükafatına ən layiqli namizəd Mehriban xanımdır”

“Mehriban Əliyeva Nobel Sülh Mükafatına ölkəmizdə ən layiqli namizəd xanımdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib.

Onun sözlərinə görə, Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılmasında misilsiz işlər görüb:

S.Vəliyeva deyib: “Eyni zamanda, Mehriban xanım dünya mədəniyyətinə göstərdiyi böyük etimad və yeni bir yanaşma tərzi ilə din və mədəniyyətlər arası dialoqun düzgün qurulmasında əvəzsiz xidmətlər göstərir. Bu gün Mehriban xanım Azərbaycan musiqisini, ədəbiyyatını və tarixini dünyaya tanıdır. Mehriban xanım hansı ölkəyə səfər edirsə, bütövlükdə orada Azərbaycanı tarixi və mədəniyyəti ilə təqdim edir. Bu yaxınlarda Fransa və İtaliyada səfərdə olarkən, Mehriban xanım Azərbaycanla bağlı tədbirlərdə iştirak edib və ölkəmizin tanıdılmasında mühüm rol oynayıb. Ona görə də çox istərdim ki, əgər gələcəkdə Azərbaycandan kiməsə Nobel Sülh Mükafatı təqdim olunarsa, bu, ilk növbədə Meheriban xanım Əliyeva olsun. Arzu edirəm ki, Mehriban xanım Əliyevadan sonra, Azərbaycan ədəbiyyatını layiqli təmsil edən nümayəndələrimizə də bu mükafat verilsin.

Onu da qeyd edim ki, Nobel Fonduna toplanan vəsaitlər Azərbaycan neftindən əldə edilən pullar olduğu üçün, buna ən çox da Azərbaycandan olan şəxslər layiqdir. Çünki bu mükafatın tarixi maddi mənbəyi Azərbaycandır”.

Xatırladaq ki, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı bu gün mətbuatda “Azərbaycanı görün...” adlı geniş məqalə ilə çıxış edib.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Nobel Sülh Mükafatına ən layiqli namizəd olması qeyd olunur.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR