Nida.az
“Mehriban Əliyevanın namizədliyi irəli sürülsün” - vitse-spikerdən ÇAĞIRIŞ
“Bəşəriyyətə, insanlığa, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa, əmin-amanlığın təbliğinə fəaliyyətini sərf edən insanlar arasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Nobel Sülh Mükafatına ən layiqli namizəddir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
B.Muradova deyib ki, bu məsələ ilə bağlı ən doğru yanaşma, bütövlükdə ölkə vətəndaşlarının əksəriyyətinin və ictimaiyyət nümayəndələrinin bu mükafata kimin daha çox layiq olması barədə söylədiyi fikirlərdir:
“Bu mükafata ən layiqli namizəd birmənalı olaraq Mehriban xanımdır. Hətta bu məsələ ilə bağlı Mehriban xanım Əliyevanın adı irəli sürülərsə, o zaman bu namizəd daha çox dəstəklənər. Bununla bağlı müvafiq təklif irəli sürmək imkanı olan şəxslər və səlahiyyəti olan qurumları da çağırıram ki, Mehriban xanım Əliyevanın namizədliyini irəli sürsünlər və bu ad ətrafında təbliğat aparılsın. Çünki bu gün Azərbaycanda Nobel Sülh Mükafatına Mehriban xanımdan layiqli namizəd yoxdur”.
Xatırladaq ki, “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı bu gün mətbuatda “Azərbaycanı görün...” adlı geniş məqalə ilə çıxış edib.
Vasif Həsənli
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı