“Əli İnsanov müraciət edərsə...” - sabiq nazir Milli Şuraya sədr gətirilir?
Bizi izləyin

Nida.az

“Əli İnsanov müraciət edərsə...” - sabiq nazir Milli Şuraya sədr gətirilir?

“Əli İnsanovun Milli Şuraya sədr gətirilməsi kimi xəbərlər tamamilə əsassızdır. Bu məsələ ümumiyyətlə Milli Şura çərçivəsində müzakirə olunmayıb və bu fikrin heç bir qaynağı yoxdur”.


“Əli İnsanovun Milli Şuraya sədr gətirilməsi kimi xəbərlər tamamilə əsassızdır. Bu məsələ ümumiyyətlə Milli Şura çərçivəsində müzakirə olunmayıb və bu fikrin heç bir qaynağı yoxdur”.

Bu barədə Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Publika.Az –a açıqlamasında sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxacağı və Milli Şuraya sədr olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

F. Qəhrəmanlı qeyd edib ki, Ə. İnsanovun Milli Şuraya üzvlük məsələsi belə müzakirə olunmayıb. Onun sözlərinə görə, bu, Əli İnsanovun özü tərəfindən müraciət olarsa müzakirə oluna bilər: “İndiki halda Əli İnsanov müraciət etməyib, necə müzakirə ola bilər. Əgər onun tərəfindən müraciət olarsa, bunun müzakirəsi mümkündür. Hər kəs Milli Şuraya üzvlüklə bağlı müraciət edə bilər və bu Milli Şuranın sessiyasında müzakirə olunur. O cümlədən, Əli İnsanov da üzvlük üçün Milli Şuraya müraciət edə bilər, yalnız o zaman bu məsələyə sessiyada baxılacaq və müvafiq qərar qəbul ediləcək”.

F. Qəhrəmanlı əlavə edib ki, Əli İnsanov da seçkidə bütün Azərbaycan xalqı kimi cəmiyyətin gələcəyini, onun demokratik inkişafını əsas götürərək Cəmil Həsənliyə səs vermişdi: “Bu onun tərəfindən atılmış müsbət və xalqın maraqlarına uyğun bir mövqe idi”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Milli Şuranın sədri və ya həmsədrliyinə gətirilməsi təklifinin irəli sürüldüyünü yazıb.

Qəzetə görə, kifayət qədər məhdud dairədə aparılan danışıqlarda Milli Şuraya sədr və ya həmsədr seçilməsinə razılıq verməsi üçün Əli İnsanova müraciət göndərilməsinin vacibliyi təklifi səslənib. Əli İnsanovun təklifi necə qarşılayacağı bəlli olmadığından, hələlik məsələ barədə ictimaiyyətə, o cümlədən Milli Şuranın sıravi üzvlərinə heç bir rəsmi informasiya verilməməsi qərara alınıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm