"Azərbaycan regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir"
Bizi izləyin

Nida.az

"Azərbaycan regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir"

Oktyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Publika.az xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon görüşdə çıxış edərkən deyib:

"Bu gün sizin hamınızı bu zalda görmək bizə xüsusi sevinc bəxş edir. Əminəm ki, bugünkü görüş Azərbaycan Respublikası və Tacikistan Respublikası xalqlarının rifahı naminə ölkələrimizin zəngin potensialının daha tam və səmərəli şəkildə reallaşması istiqamətində qarşılıqlı səylərin parlaq nümunəsi kimi dövlətlərimizin münasibətlərinin salnaməsinə yeni səhifə yazacaq. Ölkələrimiz regional və qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinin qəti tərəfdarıdırlar. Onlar istər ikitərəfli formatda, istərsə də üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində dostluq münasibətlərini dəstəkləyirlər".

Prezident qeyd edib ki, bugünkü Azərbaycan beynəlxalq münasibətlərin mühüm subyektidir, Qafqaz regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir: "Bunu, Azərbaycanın demək olar ki, dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı aparması və Avropanın bir sıra ölkələrində biznesə sərmayə yatırması təsdiq edir. Bundan əlavə, TRASECA hökumətlərarası komissiyanın daimi katibliyinin fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə nümayəndəliyinin açılması, eləcə də gələn il ölkənizdə Ekobankın illik iclasının keçirilməsi beynəlxalq və regional əməkdaşlıq sistemində Azərbaycanın bir daha önəmli mövqeyinin göstəricisidir. Biz əsl dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu nailiyyətlərinə sevinirik. Fürsətdən istifadə edərək bəyan edirəm ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə, sülhün bərqərar olmasına, sabitlik və regional əməkdaşlığa hədəflənmiş təşəbbüsləri daim dəstəkləyəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm