Müsavat növbədənkənar qurultay keçirə bilər – İsa Qəmbər geri qayıdır?
Bizi izləyin

Nida.az

Müsavat növbədənkənar qurultay keçirə bilər – İsa Qəmbər geri qayıdır?

Müsavat Partiyasında növbədənkənar qurultay ola bilər.


Publika.az-a açıqlamasında partiya funksioneri Gülağa Aslanlı bildirib ki, belə bir təklif var. Lakin bu qurultay yarımçıq qalan məsələlərin həlli üçündür.


“Ötən qurultayda nizamnamə və proqrama dəyişiklik üçün vaxt çatmadı. Bu işlərin başa çatdırılması üçün bir müddət sonra növbədənkənar qurultay keçirilə bilər. Lakin bu, ötən qurultayın nəticələrinin ləğv edilməsi, yaxud yeni başqanın gəlməsi kimi yozulmamalıdr”, - deyə o bildirib.


Başqanlığa keçmiş namizəd Tural Abbaslı da Publika.az-a açıqlamasında qurultayın olmasını istisna etməyib: “Növbədənkənar qurultayın təxminən 6 ay sonra keçirilməsi nəızərdə tutulur. Bu da ötən qurultayda həll olunmayan məsələlərlə bağlıdır”.


Qeyd edək ki, məlumatlara görə, növbədənkənar qurultayın keçirilməsi partiyadakı gərginliyi aradan qaldırmaq üçün İsa Qəmbərin yenidən başqanlığa gətirilməsi üçün nəzərdə tutulur.


Lakin hər iki partiya funksioneri - Gülağa Aslanlı və Tural Abbaslı bu iddiaları təkzib edir. Belə ki, bunun prosedur qaydalarına uyğun olaraq nizamnamə və proqram dəyişikliyi ilə bağlı olduğu deyilir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm