Bir qrup müsavatçı partiyadan xaric ediləcək – Şok adlar
Bizi izləyin

Nida.az

Bir qrup müsavatçı partiyadan xaric ediləcək – Şok adlar

“Arif Hacılının dəstəsi Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və o siyahıda olanların istefalarını önləyərək, tezliklə partiyadan xaric edəcəklər”.


Publika.az xəbər verir ki, bu iddia ilə Müsavat funksioneri Səxavət Əlisoy adını açıqlamadığı müsavatçıya istinadən çıxış edib.


Onun sözlərinə görə, partiyadan xaric ediləcək üzvlərə qarşı bəzi ittihamlar irəli sürüləcək.


“Səbəb də o olacaq ki, bu şəxslər Müsavatın nizamnaməsinə zidd çıxışlar edir, təftişçiliklə məşğuldurlar, partiyanı nüfuzdan salırlar və sair və ilaxır.

Onu da dedi ki, Əlövsət Talışxanlının, İbrahim İbrahimlinin, Vurğun Əyyubun, Rövşən Dəmirlinin, Rövşən və Məhəbbət qardaşlarının, Əli Rzayevin, Kamil Xəlilbəylinin, İsmayıl Kəsəmənlinin, Rüfət Əliyevin və təbii ki, mənim adım bu siyahıda var”, -deyə o bildirib.


S. Əlisoy qeyd edib ki, hüquqşünas Osman Kazımov tamamilə düzgün buyurur, kim ki, Hacılının legitimliyinə şübhə edir, “təmizləmə” əməliyyatına məruz qalmalıdır: “Saxtakarlıqla barışmayanları, Hacılını maliyyə fırıldaqlarında ittiham edənləri, rayon təşkilatlarındakı acınacaqlı duruma rəğmən Hacılını günahkar bilənləri, bir sözlə ona sizlər kimi biət etməyənləri partiyadan kənarlaşdırmaq gərəkdir. Partiyanı istədiyiniz kimi “fırlatmaq” istəyirsinizsə, bu əməliyyatı tezləşdirin”.


Publika.az-ın Müsavatdakı mənbələrdən əldə etdiyi məlumata görə, sözügedən “təmizləmə” əməliyyatı oktyabrın 25-dən sonra başlaya bilər.
Qeyd edək ki, oktyabrın 25-də partiyanın xüsusi iclası keçiriləcək.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm