Əli Kərimli AXCP-dən istefa verənlərə qarşı hücum başlatdı
Bizi izləyin

Nida.az

Əli Kərimli AXCP-dən istefa verənlərə qarşı hücum başlatdı

“Çox təəssüf edirəm ki, Şakir Abbasov partiyamıza qarşı qara yaxmaqda maraqlı olanların əlində vasitəyə çevrildi”.


Publika.az xəbər verir ki, bu barədə AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli “Facebook” səhifəsində partiya sədrinin keçmiş müşaviri Şakir Abbasovun ittihamlarına münasibət bildirərkən deyib.


Şöbə müdiri qeyd edib ki, Ş. Abbasovun AXCP-dən gedişindən heç kim təəccüblənmir.


“Görün indi adam özünü partiyada necə xarakterizə edib. Əslində onun nə zamansa belə bir addım atacağı gözlənilirdi. Partiyada ona çoxdan inanılmırdı. Özü də bilir ki, uzun illərdir ki, partiya tədbirlərinə çağırılmırdı. Etimadsızlıq o həddə idi ki, nəinki qurultay nümayəndəsi, heç üzvü olduğu Xəzər rayon təşkilatında konfransa belə nümayəndə seçilməmişdi. Konfrans bazar günü keçirilib. AXCP sədrinin müavini Əbülfəz Qurbanlı və mən konfransda iştirak etmişik. Şakir bəy də konfransdan sonra istefasını verib. Rayon konfransından sonra əmin olub ki, ona nəinki partiya mərkəzində, heç rayon səviyyəsində də inanmırlar. Yaxşı yol, hara istəyir getsin. Nə istəyir danışsın”, - deyə o bildirib.


R. Daşdəmirli daha sonra istefa verən AXCP Ali Məclisinin keçmiş üzvü İslam Mahmudovun da gedişinə münasibət bildirib: “islam Mahmudov adlı bir nəfər yazıb ki, AXCP Qubadlı rayon şöbəsinin üzvüyəm və partiyadan istefa verirəm. Təəssüf edirəm. Verirsən ver, kim sənə nə deyir ki. Amma partiya sıralarına gələndə heç belə ahu-küylü gəlməmişdiniz. İndi isə bu partiyanın özəlliyi və gücünə bax ki, ordan çıxmaq necə də səsli-haraylıdır. Gedənə yaxşı yol deyərlər. Amma bil ki, sənin əvəzinə onlarla gənc Qubadlı şöbəsinə yeni üzv olub”.


Qeyd edək ki, istefa verənlərə qarşı sosial şəbəkələrdə cəbhəçilər tərəfindən təhqir kampaniyası başladılıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm