Nida.az
Erməni əsirliyində olan 25 nəfərin taleyinə aydınlıq gəldi - RƏSMİ
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib.
Publika.az Komissiyanın saytına istinadən bildirir ki, taleyinə aydınlıq gətirilən 25 nəfərin adı itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.
Beləliklə, 1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və
girov götürülmüş şəxslərin sayı 4016 nəfər təşkil edib. Onlardan
3256 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və
ya mülki olduğu məlum deyil.
Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına
çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər
yaşlı şəxsdir (154 nəfər qadın).
Əsir, itkin düşmüş 4016 nəfərdən 877 nəfərin əsir və girov
götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri
alınıb.
Münaqişə müddətində 1419 nəfər əsir və girovluqdan azad edilib.
Onlardan 347 nəfər qadın, 1072 nəfər kişidir. Eyni zamanda 207
nəfər uşaq (73 nəfər azyaşlı qız), 287 nəfər yaşlı şəxsdir (110
nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR