“Cəzasını çəkməlidir” – YAP rəsmisindən Əli İnsanova CAVAB
Bizi izləyin

Nida.az

“Cəzasını çəkməlidir” – YAP rəsmisindən Əli İnsanova CAVAB

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının yeni sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə proseslərində hakimiyyətə və YAP-a qarşı səsləndirdiyi ittihamlara münasibət bildirib.

YAP rəsmisi N.Əhmədov Publika.Az-a açıqlamasında deyib: “Düzdür, Əli İnsanov YAP-ı quranlardan biri olub. Ancaq onun bu çıxışlarını və bəyanatını izləmirəm. Ona görə də onun haqqında heç bir söz deyə bilmərəm. O insan artıq YAP-ın üzvü deyil, YAP-da fəaliyyəti yoxdur”.

“Əli İnsanov gələcəkdə YAP-a üzv qəbul edilə bilər?” sualına isə N.Əhmədov bu cür cavab verib: “Bu barədə heç bir şey bilmirəm. Bu, aarada ola bilər axı? O indi həbsdə yatır hələ. O cəzasını çəkməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm