Nida.az
“Hüseyn Məlik Nostradamusluq edərək...”- Müsavatda yeni qalmaqal
“Qubad İbadoğlunun arayışına rəyi nizamnaməyə uyğun olaraq obyektiv şəkildə yazmışıq”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) yeni
sədri Sevinc Hüseynova deyib.
S. Hüseynova MNTK-nın partiyadaxili müstəqil orqan olduğunu deyib:
“Biz hər şeyi nizamnamə çərçivəsində edirik. Qubad bəy arayış
göndərib. Həmin arayışa baxılıb və rəy verilib. Əgər yenə arayış
göndərsələr, nizamnamə çərçivəsində baxılacaq və yeni rəy
veriləcək. Onlar narazı tərəf olaraq verilən rəyə etiraz edə
bilərlər. Lakin MNTK-nın yanlış rəy verdiyini iddia etmək doğru
deyil”.
MNTK sədri keçmiş başqan müşaviri Hüseyn Məlikin onun barəsində
“Sevinc Hüseynovanın MNTK sədri olacağı qurultaydan öncə bəlli idi”
fikirlərinə belə reaksiya verib: “Hüseyn Məlik Nostradamusluq
edərək Qubad İbadoğlunun Müsavat başqanı seçiləcəyini də əvvəldən
deyirdi. Bəs nə oldu? Görünür, Qubad İbadoğlunu başqan etmə planı
baş tutmadı. Hüseyn Məlik öz səviyyəsinə uyğun çıxış edir. Mənsə
qurultayda 280 səs alaraq MNTK-ya üzv oldum. MNTK sədrliyinə isə
alternativ seçki olub. Gizli səsvermə nəticəsində 8 MNTK üzvündən
7-si mənə etimad göstərib. Hüseyn Məlikin dedikləri qeyri-ciddi
olduğu üçün münasibət bildirmək də yersizdir”.
Qeyd edək ki, H. Məlik Publika.az-a açıqlamasında S. Hüseynovanın
qurultaydan öncə MNTK sədri təyin edildiyini iddia etmişdi.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR