Nida.az
“İŞİD Azərbaycanda siyasi müxalifət ola bilməz” – Sabiq təhlükəsizlik zabiti şərh edir
Sabiq təhlükəsizlik zabiti, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev Publika.az-a müsahibəsində Azərbaycanda dinin siyasiləşməsi, İŞİD təhlükəsi və gələcək perspektivləri şərh edib.
- Azərbaycanda dinin siyasiləşməsi və müxalifət
düşərgəsində boşluğu doldurması tendensiyaları zaman-zaman gündəmə
gəlir. Bu haqda bir sıra Qərb ekspertləri də danışıblar. Bu
tendensiyalar nə qədər realdır?
- Siyasi müxalifətlə dini baxışları və əqidəni bir çərçivəyə salmaq
yanlış yanaşmadır. Tolerantlıq baxımından, bəlkə də, Azərbaycan
qədər ikinci bir dövlət yoxdur. Azərbaycan dövləti dünyəvi
dövlətçilik və idarəçilik formasını seçib və bu idarəçilik
Konstitusiya ilə təsbit edilib. Ölkəmizdə din dövlətdən ayrıdır.
Amma bu heç də dövlətin dindən ayrı olması demək deyil. Dövlət
tərəfindən dini qurumlara, icmalara, din xadimlərinə müəyyən
səlahiyyətlər verilir, daxili və xarici siyasətdə bundan istifadə
edilir. İki cür baxış var: dövlət məscidin içində olsun və ya
əksinə, məscid dövlətin içində. Yaxın Şərqdə, ərəb ölkələrində,
İraqda, Suriyada baş verən hadisələr dövləti məscidin içərisinə
soxmaq, özü də bunu zor gücünə etmək cəhdlərinin acınacaqlı
nəticələrə, müharibələrə, qırğınlara, müsəlmançılığı gözdən salmağa
gətirib çıxardığını bir daha göstərir.
Azərbaycanda dinin azad olduğunu bir daha xüsusi qeyd etmək
istəyirəm. Bir çox dövlətlərdə hətta namaz qılınandan sonra
məscidlər bağlanır, bizdə isə istənilən vaxt qadağasız məscidlərin
qapıları açıqdır. Bundan başqa, istər dövlət, istərsə də özəl
qurumlarda vicdan və etiqad azadlığını həyata keçirmək üçün şərait
var və dini ayinləri həyata keçirməyə qadağa yoxdur. Eyni zamanda,
İslami dəyərlər üzərində qurulmuş siyasi partiya və hərəkatların
istənilən vaxt seçkilərdə iştirakına da heç bir maneə
törədilmir.
- Bir müddət öncə “Karnegi” fondunun britaniyalı eksperti
Tomas de Vall Suriyaya döyüşə gedən, bu gün İŞİD və bir sıra terror
qruplaşmalarının tərkibində döyüşən azərbaycanlıların geri qayıtmaq
təhlükəsindən danışdı. Ekspert onların geri qayıtdıqdan sonra
siyasi arenada boşluğu doldura biləcəyini və siyasi müxalifətə
çevrilmək təhlükəsini açıqladı. Bu haqda nə deyə
bilərsiniz?
- İŞİD-in yaradılmasında əsas məqsədlərdən biri Suriya və İraqda
mövcud rejimi dəyişmək və bu dövlətləri parçalamaq idi. Ən əsası
İŞİD ABŞ və bir sıra Qərb dövlətlərinin tapşırığı, maliyyə və digər
dəstəyi ilə Bəşər Əsəd rejiminə qarşı Azad Suriya Ordusunun
bazasında yaradılmışdı. Bunu Qərbin ekspertləri də təsdiq
edirlər.
İstənilən qurumun tərkibində döyüşlərdə iştirak etmiş bu şəxslər öz daimi yaşayış yerlərinə, ölkələrinə qayıtdıqdan sonra qanun qarşısında cavab verməli olduğu məlumdur. Artıq Azərbaycanda da bunun hüquqi bazası var və Cinayət Məcəlləsi ilə təsbit edilir. Qərb dövlətlərindən Suriyada və İraqda döyüşlərdə iştirak edən həmin şəxslər daha çoxdur və öz ölkələrinə qayıdanda böyük təhlükəyə çevrilə bilərlər. Burada artıq insan haqları məsələsi ikinci plana keçməlidir. Düşünürəm ki, müasir şəraitdə Azərbaycanda onların siyasi arenaya çıxmaları qeyri-mümkündür.
- Maraqlı bir məqam var. Yerli ekspertlərdən bəziləri
qərbli şərhçilərin bu cür proqnozlarının arxasında ölkə
müxalifətinin dayandığını düşünür. Yəni, müxalifət Qərbə “bizə
dəstək verməsəniz, yerimizi daha radikal olan dini kəsimlər tuta
bilər” mesajını verir.
- Zənnimcə, iqtidara keçmək üçün hər cürə siyasi manevrlərə əl
atmaq mümkündür. Lakin müxalifət də bunun mümkün olmayan məsələ
olduğunu dəqiq bilir. Yəni hətta qərbli ekspertlərə bu cür mesajlar
verilsə belə, bu gün Azərbaycanda dindarların siyasətdə kifayət
qədər nə gücü, nə də təmsilçiliyi yoxdur. Yaxın gələcəkdə olacağını
da düşünmürəm. Çünki elə bir mühit yetişməyib və xalq belə bir
prosesin baş verməsinin əleyhinədir. Yəni bu inandırıcı versiya
deyil.
- Suriya və İraqda ABŞ-ın rəhbərliyi ilə yaradılan
koalisiya qüvvələri İŞİD, Əl-Nusra və digər qruplaşmalara qarşı
hücumları kəskinləşdirib. Bildiyimiz kimi, bu qruplaşmalar
tərkibində azərbaycanlılar da döyüşür. Belə hücumlar onların geri
qayıtmasını və Azərbaycan üçün təhlükəyə çevrilməsini nə qədər
aktuallaşdırır?
- Mən bir neçə dəfə öz çıxışlarımda qeyd etmişəm ki, keçirilən
əməliyyatlardan əvvəl Birləşmiş Ştatlar tərəfindən əsasən ərəb
ölkələrindən ibarət koalisiya yaradılıb və İŞİD-in maliyyə
mənbəyinin kəsilməsi ilə bağlı Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri,
Qətər, Səudiyyə Ərəbistanına tapşırıq verilib. Yəni bu gün İŞİD-in
artıq öz işini gördüyünü və ona çox az ehtiyac qaldığını demək
olar. Məhz buna görə də keçirilən əməliyyatlar öz effektini
verəcək. Əlbəttə, yenə də yuxarıda qeyd edildiyi kimi məqsəd Suriya
və İraqdır. Bundan başqa, İran Qərb qüvvələrinin onun sərhədinə
həddən artıq yaxınlaşdığından narahat olmalıdır. Yəni bu dəstənin
və ya daha doğrusu onun havadarlarının əsas hədəfi İraq və ən əsası
Suriyadır. Orada terror və digər qanunsuz əməllərlə məşğul olmuş
azərbaycanlıların geri qayıtması isə böyük sual altındadır.
Birincisi, qayıdanlar özlərini leqallaşdırmalıdırlar, ikincisi isə,
qanun qarşısında cavab verməlidirlər.
- Bu gün ölkə üçün ən əsas təhlükə İŞİD tərkibində döyüşən
soydaşlarımız olduğu deyilir.
- Əlbəttə, İŞİD və digər terror qruplasmalarındakı azərbaycanlılar
geri qayıdarlarsa və qanundan kənarda qala bilərlərsə, müəyyən
“narahatçılıq”lara səbəb ola bilərlər. Bunun qarşısının vaxtında və
kəskinliklə alınacağını hesab edirəm.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq