Müsavat Divanından sərt bəyanat: Səxavət Əlisoy və Əlövsət Talışxanlı bölücülük edirlər
Bizi izləyin

Nida.az

Müsavat Divanından sərt bəyanat: Səxavət Əlisoy və Əlövsət Talışxanlı bölücülük edirlər

Noyabrın 11-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda partiyanın VIII qurultayından sonrakı ictimai diskussiyalar müzakirə olunub.


“Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII qurultayının qərarlarını şübhə altına alan fəaliyyətlə bağlı müzakirələrin keçirilməsi qərara alınıb. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Müsavat Partiyası Divanının 17 noyabr iclasına dəvət olunub. Toplantıda partiyada ikitirəlik yaratmaq cəhdləri ilə bağlı bəyanat qəbul edilib. Noyabrın 23-ü Bakıda ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.


Qəbul olunan bəyanatda isə VIII qurultaydan sonra seçkinin nəticələrindən narazı qalan bir qrupun partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərdiyi bildirilir: “Belə fəaliyyət son zamanlar daha da güclənib. Müsavat Partiyasına qarşı bu kampaniyada Azərbaycan hakimiyyətinin və Müsavatı özünə rəqib hesab edən müəyyən siyasi qüvvələrin də iştirakı haqda məlumatlar daxil olmaqdadır. Müsavat Partiyasının rəhbərliyi məlum prosesi diqqətlə izləyir. Respublikanın rayonlarında keçirilən zona müşavirələrində Müsavatın əleyhinə olan bu fəaliyyətlərin kəskin pislənməsini də nəzərə alaraq Divan bu şəxslərdən Müsavat Partiyasının əleyhinə yönəlmiş pozuculuq hərəkətlərinə və partiyada paralel strukturlar yaratmaq cəhdlərinə son qoymağı, davranışlarını partiyanın nizamnaməsinə uyğunlaşdırmağı tələb edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm