Nida.az
Ərəstun Oruclu: “Qərbin maliyyələşdirdiyi “5-ci kolon” işə salınıb”
“Vaxtilə Qərbin dəstəklədiyi və maliyyələşdirdiyi 5-ci kolon var gücü ilə işə salınıb. Təbii ki, Qərbin özünə qarşı. Amma əvvəlkindən bircə fərqlə - layihə bu dəfə Azərbaycan deyil, Rusiya mediasında başladılıb”.
Publika.az xəbər verir ki, bu iddia ilə Şərq-Qərb Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu “facebook” səhifəsində
çıxış edib.
Onun sözlərinə görə, Vaşinqtonun uzun zaman davam edən “kökə”
siyasəti iflasa uğrayıb.
“Bu siyasətin və o cümlədən Vaşinqtonun Bakıya yönəlik yumşaq
davranışının arxasında Qərbdəki neft lobbisinin təsiri dayanırdı.
Rəsmi Vaşinqton isə özünün ənənəvi “kökə və dəyənək” xarici siyasət
doktrinasının “kökə” hissəsini işə salıb, bunun nəticəsində nələrin
baş verəcəyini gözləyirdi. Çünki Vaşinqtonda yaxşı bilirdilər ki,
zərurət yarandıqda, əllərinin altında “dəyənək” də var. Son aylarda
baş verən hadisələr isə göstərir ki, “kökə” siyasəti tam iflasa
uğrayıb”. – deyə o bildirib.
Politoloq bir qrup qərbli diplomatla Bakıdakı görüşündən danışıb:
“Bir neçə il əvvəl bir qrup qərbli diplomat və Bakıda səfərdə olan
Qərb siyasətçiləri qarşısında çıxış edirdim. Çıxışdan sonra
qonaqların suallarını cavablandırıb yekunlaşdırırdıq. Görüşü təşkil
edən səfir mənə müraciət edib bəlkə qonaqlara sualım olduğunu
soruşdu. “Bircə sualım var” dedim: “Maraqlıdır, Qərb ölkələri və
onların donorları Azərbaycandakı Rusiya agentlərini Rusiya ilə
ikitərəfli anlaşma əsasında maliyyələşdirir, yoxsa bilgisizlikdən?”
Bir anlığa dərin sükutla qarşılanan qeyri-diplomatik sualıma
verilən diplomatik cavablar mənə elə də maraqlı deyildi, çünki əsas
məqsədim sözümü demək idi. Bu yerdə haşiyə çıxaraq deyim ki, sual
təsadüfi və ya spontan ortaya çıxmamışdı, uzun müddət apardığımız
müşahidələrin nəticəsində yaranmışdı”, - deyə o bildirib.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR