Nida.az
“Ar olsun!!!” - Hikmət Hacızadə Arif Hacılıya qarşı
Müsavat Partiyasının Məclis üzvü Hikmət Hacızadə təşkilatda fəaliyyətini dondurduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə H. Hacızadə partiya başqanı
Arif Hacılıya ünvanladığı bəyanatda qeyd edib.
O, Müsavat Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) başqanlığa
sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Kamil Xəlilbəylini
“partiyanin siyasi-ideoloji xəttinə xəyanət” ittihamı ilə təşkilat
sıralarından azad etməsi barədə xəbər aldığını bildirib.
H. Hacızadə qeyd edib ki, araşdırma zamanı K. Xəlilbəylinin Arif
Hacılının tərəfdarı olan xanımlardan biri ilə şəxsi yazışması
olduğunu, həmin yazışmada onların bir-birlərini qarşılıqlı təhqir
etdiklərini öyrənib: “MNTK bunu siyasi-ideoloji xəyanət kimi qələmə
verib. Mən bu düşünülməmiş qərara qəti etirazımı bildirirəm. Dünya
praktikasinda ilk dəfə şəxsi yazışmadakı sözlərə görə cəza uca
Müsavat Partiyasında tətbiq olundu. Ar olsun!!!”.
H. Hacızadə K. Xəlilbəyli ilə bağlı qərarın “böyük planın bir
hissəsi” olduğunu da qeyd edib: “Yəni narazıların 10-15-ni
partiyadan çıxaraq, onda başqaları sakitləşəcək. Ar olsun, belə
planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət
Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə “narazı” özümü hesab
edirəm və qərarınıza etiraz edirəm”.
O, partiya rəhbərliyini təşkilatdan xaric edilənlərin işınə yenidən
baxmağa, əks təqdirdə onu da partiyadan xaric etməyə çağırıb: “Bu
məsələ qanun və insan haqları çərçivəsində həll olunmayana qədər,
partiyada fəaliyyətimi dondururam. Partiya rəhbərliyindən insan
hüquqlarının təmin olunmasını tələb edirəm”.
Asif Nərimanlı
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər