Pənah Hüseyn “Arif Hacılı projesinə” aydınlıq gətirdi
Bizi izləyin

Nida.az

Pənah Hüseyn “Arif Hacılı projesinə” aydınlıq gətirdi

Başqanlığa keçmiş namizəd, Qubad İbadoğlunun əsas tərəfdarlarından olan Səxavət Əlisoyun "başqan Arif Hacılının Müsavatdakı mövqeyinə görə Pənah Hüseynə minnətdar olmalıdır" açıqlaması diqqət çəkdi.


Arif Hacılının başqan seçilməyəcəyi təqdirdə atacağı addımlarla bağlı açıqlamasına cavab verən S. Əlisoy “Nağıl danışma, Arif Hacılı. Sən Məclis sədrliyini uduzduğun seçkinin ertəsi günü partiya sıralarını tərk etmək barədə istefa ərizəsi verib getdin Zaqatalaya. Sən küsüb gedən günün axşamı partiyada sənin üçün nizamnamədən kənar bir vəzifə - Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi təsis olundu. İstəsən, o vəzifənin ideya müəllifinin adını də çəkə bilərəm - Pənah Hüseyn! Amneziyan varsa, həkimə get. Yoxdursa, düz danış” cavabını verdi.


Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Publika.az-a açıqlamasında S.Əlisoyun iddialarına aydınlıq gətirib. Onun sözlərinə görə, Müsavat Partiyasında gedən prosesləri daxili işləri sayır və bu səbəbdən qarışmaq istəmir: “Səxavət Əlisoyun dediklərinə gəlincə, onun səsləndirdiyi fikirləri təsdiqləmirəm. Bu, Müsavat Partiyasının başqanı və onun rəhbərliyinə aid olan məsələdir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm