Azərbaycan AŞPA sessiyasında helikopter olayını qaldıracaq
Bizi izləyin

Nida.az

Azərbaycan AŞPA sessiyasında helikopter olayını qaldıracaq

Ermənistana məxsus hərbi helikopterin Azərbaycan hava məkanını pozması ilə bağlı məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında qaldırılacaq. Bu barədə jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib.

Millət vəkili qeyd edib ki, keçən sessiya zamanı da Dağlıq Qarabağın işğalı və son dövrlərdə təmas xəttində atəşkəsin ermənilər tərəfindən intensiv pozulması barədə nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov tərəfindən qətnamə layihəsi təqdim edib: “Təbii ki, bu konteksdə məsələni yenidən qaldıracağıq. Bildirəcəyik ki, nə qədər gec sülh prosesinə dəstək veriləcəksə, o qədər çox bu cür problemlər yaranacaq”.

Qeyd edək ki, AŞPA-nın növbəti sessiyası yanvarın 20-dən sonra keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm