“Google”dan Azərbaycana qarşı növbəti təxribat - Foto
Bizi izləyin

Nida.az

“Google”dan Azərbaycana qarşı növbəti təxribat - Foto

“Google” beynəlxalq axtarış sistemi Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı növbəti təxribata yol verib.


Publika.az xəbər verir ki, yenilənən “Google maps” proqramında işğal edilmiş ərazilərin adları birinci sırada ermənilərin dediyi adlarla göstərilib. Yalnız ondan sonra hər bir ərazinin altında Azərbaycan dilində verilib.

Xəritədə Xankəndi Stepanaker, Laçın Berdzor, Füzuli Varanda, Kəlbəcər Karvaçar deyə göstərilib. Hətta təmas xəttindəki Tərtərin Əlibəyli kəndi də Eriçivank olaraq göstərilir. İşğal edilmiş ərazilər bütünlüklə “Dağlıq Qarabağ Respublikası” olaraq təqdim olunur.

Qeyd edək ki, bu, “Google maps”ın Azərbaycana qarşı birinci təxribatı deyil.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm