Hikmət Hacızadədən açıqlama: “Budur səbəb!”
Bizi izləyin

Nida.az

Hikmət Hacızadədən açıqlama: “Budur səbəb!”

Müsavatdan istefa verən keçmiş Məclis üzvü, partiya daxilində “demokratiyanın atası” adlandırılan Hikmət Hacızadə keçmiş başqan İsa Qəmbərin bir cümləlik açıqlamasına maraqlı reaksiya verib.


“Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş liberalizmlə avtoritarizm arasında gedir”, - deyə o bildirib.


Qeyd edək ki, İsa Qəmbər ötən həftə Müsavat daxilində baş verənlər gərginliyə “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyətlə Müsavat arasında gedir” deyə münasibət bildirmişdi.


H. Hacızadə Publika.az-a açıqlamasında istefası haqda yenidən danışıb: “Bəlkə də, 157 dəfə yazmışam. Qurultay keçirilib və kiminsə şikayəti varsa, ona baxılmalıdır. Şikayət etdilər - heç biri qəbul olunmadı. Aydındırmı indi? Sonra da başladılar narazıları partiyadan çıxarmağa. Budur səbəb”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm