YAP nümayəndəsi özəl bankları tənqid etdi
Bizi izləyin

Nida.az

YAP nümayəndəsi özəl bankları tənqid etdi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı ekspert Aydın Hüseynov özəl bankların fəaliyyətini tənqid edib.

A.Hüseynov Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanda maliyyə bank sistemi çox inkişaf edib və ölkənin “qan damarı”nı təşkil edir: “Ancaq bir sıra özəl banklarda kredit faiz dərəcələrinin həddindən yüksək olması təəssüf doğurur. Əslində işi elə qurmaq olar ki, faiz dərəcələri normal tənzimlənər. Çünki bir sıra özəl bankların vətəndaşlara verdiyi kreditlərin faiz dərəcələri çox yüksək olduğu üçün sonradan bunlar böyük problemə çevrilir. Son nəticədə isə verilən kreditlərin geri qayıtmaması səbəbindən bankların özündə maliyyə problemi yaranır. İşi elə tənzimləmək olar ki, faizləri aşağı salınar və bunun nəticəsində isə banklara gələn vəsaitlərin həcmi artar. Bununla da həm vətəndaş, həm də bank faydalanar. Özəl banklarda faizlərin düşünülmüş şəkildə aşağı salınması və bunun istiqamətləndirilməsi heç də pis olmaz”.

İpoteka kreditləri ilə bağlı məsələyə də toxunan A.Hüseynov qeyd edib ki, ipoteka kreditlərinin verilmə şərtləri sadələşdirilməlidir: “İpoteka kreditləri daha çox ehtiyacı olan gənclərə və vətəndaşlara verilməlidir. Hətta bu təbəqə ilə digər insanlar arasında ölçü götürülən zaman üstünlük gənc ailələrə verilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm