Nida.az
“İnterpol”un axtardığı diaspor rəhbəri: “Bu, mənə doğum günü sürprizi oldu” – Özəl
“Mən yaşadığım Çexiya respublikasının, həmçinin Azərbaycan Respublikasının qanunlarına həmişə əməl etmişəm. Hesab edirəm ki, bu xəbər Azərbaycan hüquq-mühafizə orqanları və “İnterpol”un texniki səhvidir”.
Bunu Publika.az-a açıqlamasında adı “İnterpol”da
axtarışa verilən “Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov
deyib.
E. Nəzərov bu gün 40 yaşını qeyd etdiyini bildirib: “Əvvəlcə xəbəri
oxuyanda dostların mənimlə zarafat etdiyini düşündüm. Amma sonradan
həqiqət olduğunu öyrəndim. Bunun anlaşılmazlıq olduğunu hesab
edirəm və dəqiqləşdirməyə çalışacağam. Çünki mən 10 ildən artıq bir
müddətdir “Azər-Çex” cəmiyyətinə sədrlik edirəm. İndiyə qədər nə
yaşadığım Çexiyanın, nə də Azərbaycanın qanunlarını ciddi şəkildə
pozmamışam”.
Cəmiyyətin sədri hazırda Çexiyada olduğunu və heç bir yerə getmək
fikrinin olmadığını deyib.
“Mən burdayam və məsələni aydınlaşdırmaq üçün fəaliyyətə
başlamışam. Nəticələrlə bağlı mediaya ayrıca məlumat verəcəyəm.
Güman ki, burda şəxsi məlumatlar texniki olaraq səhv gedir”, - deyə
o bildirib.
Qeyd edək ki, APA “İnterpol”un saytına istinadən Elşən Nəzərov
beynəlxalq axtarışa verildiyi məlumatını yayıb. Məlumatda qeyd
olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir.
Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün
“İnterpol”a müraciət edib.
E. Nəzərov Çexiyada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətinin sədri, sabiq baş nazir Sürət Hüseynovun köməkçisi olmuş Saday Nəzərovun oğludur.
Diasporla İş üzrə Komitədən APA-nın sorğusuna cavab olaraq verilən məlumata görə, qurum artıq bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri kəsib.
“Onun fəaliyyəti ilə bağlı dəfələrlə Dövlət Komitəsinə də şikayət xarakterli müraciətlər daxil olub. Bu müraciətlərlə əlaqədar E.Nəzərova bir neçə dəfə xəbərdarlıq edilib. Təəssüf edirik ki, bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmayıb. Buna görə də E.Nəzərovla əməkdaşlıq tamamilə dayandırılıb. Eyni zamanda, E.Nəzərovun diaspor təşkilatının rəhbəri kimi də təqdim olunması doğru deyil. Çünki o, faktiki olaraq bir neçə ildir ki, bu sahədə fəaliyyətini dayandırıb. Rəsmi olaraq bildiririk ki, hazırda bu ölkədə iki Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir: Azərbaycan Tələbə Şəbəkəsi (sədri Eldar Vəliyev) Praqa Azərbaycan Gənclər və Tələbə Assosasiyası (sədri Cavid Əlizadə). Dövlət Komitəsi hazırda Çexiyada bu təşkilatlarla əməkdaşlıq edir” - deyə Komitədən bildirilib.
Asif Nərimanlı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi