Millət vəkili: "Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə vizasız gəlirlər"
Bizi izləyin

Nida.az

Millət vəkili: "Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə vizasız gəlirlər"

Rusiyada, Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində 27-28 noyabr 2014-cü il tarixində II Kazan İctimai Forumu keçirilib.

Publika.az-ın millət vəkili Aydın Mirzəzadəyə istinadən verdiyi məlumata görə, Forumda 20 ölkədən dövlət xadimləri, parlament depuatatları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Forumda Vahid Rusiya Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyasından mən və Mili Məclisin deputatı, YAP MNTK üzvü Rauf Əliyev iştirak etdik. Bu gün plenar iclasda çıxış etdim. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olmamasına baxmayaraq, birlik üzvləri olan Rusiya, Qazaxıstan və Belorusiya ilə sıx siyasi-iqtisadi əlaqələrinin olduğunu və bundan sonra da bu ikitərəfli əlaqələrin davam etdiriləcəyini bildirdim. Eyni zamanda, Azərbaycanın 2015-ci ilin yanvar ayından başlayaraq AİB-yə Ermənistanın daxil olmasından irəli gələn müəyyən məsələlərə narahatçılığımı bildirdim. Qeyd etdim ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, işğal etdiyi 20 faiz torpaqlarında onun silahlı qüvvələri yerləşir. Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə vizasız gəlirlər, Ermənistan büdcəsində Dağlıq Qarabağ ərazisinə maliyyə yardımı nəzərdə tutulur.

Ermənistanın AİB-ə üzv olacağı təqdirdə İqtisadi Birliyin suverenliyinin Azərbaycanın bir hissəsinə də aidiyyatı olması təhlükəsini forum iştirakçılarının diqqətinə çatdırdım. Azərbaycan rəsmi şəkildə Avrasiya İqtisadi Birliyinə daxil olmasa da, Ermənistan vasitəsilə ilə onun 20 faiz ərazisi yeni yaranan beynəlxalq təşkilatın aidiyyatı ola bilər. Mən AİB-nin rəsmi strukturlarından bu məsələni Azərbaycanın ərazi bütövlüyü baxımından həll etməsini vurğuladım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm