İranın rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir
Bizi izləyin

Nida.az

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir

Dekabrın 2-də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Bakıya səfər edəcək.



Publika.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində M.Vaezi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, digər rəsmi şəxslərlə görüşəcək.



Görüşlərdə Azərbaycan-İran əlaqələrinin inkişaf perspektivləri müzakirə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm