Qüdrət Həsənquliyev: “O halda onların üzünə tüpürməliyik ki…”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “O halda onların üzünə tüpürməliyik ki…”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a verdiyi son müsahibəsində ilginc məqamlara toxunub.

“Ölkə daxilində mövcud durumu dəyişmək üçün siz konkret nə təklif edirsiniz” sualına cavabda Q.Həsənquliyev siyasi məhbus probleminə toxunub. Deyib ki, Azərbaycan hökumətinin ən azı məhkəməyə qədər həbs-qətimkan tədbirini dəyişəcəyinə ümid edir:

“Avropadan gecə-gündüz bağırırlar ki, bu insanlar siyasi motivlərlə həbs olunub. Ümumiyyətlə, mən düşünürəm ki, biz beynəlxalq təşkilatlar tərəfindən əsaslı, ya qeyri-əsaslı siyasi məhbus kimi tanınan şəxslərin hamısını yubanmadan, birmənalı şəkildə azad etməliyik. Hesab etmirəm ki, məhdud sayda insanlara görə Azərbaycan beynəlxalq təşkilatlarla üz-üzə gəlməlidir. O təşkilatlarla - Avropa Birliyi, Avropa Şurası, ATƏT, başqa insan haqlarını müdafiə edən qurumlarla da üz-üzə gəlmək olar, yalnız Qarabağa görə. Əgər onlar bizdən tələb edirlərsə ki, ”gedin referenduma", biz də bu referendumun nəticəsinin nədən ibarət olduğunu bilirik, o halda onların üzünə tüpürməliyik ki, sizin təklifiniz çox ləyaqətsiz təklifdir, bu təklif hər bir Azərbaycan insanının mənəviyyatına toxunur. Amma ölkə daxilində tutulan adamlara görə. Mən daim deyirəm ki, bizim vətəndaşlar Suriya, Liviya, İraqa baxaraq öz addımlarını ölçüb-biçməli, emosiyalarına da nəzarət etməlidir".

Q.Həsənquliyev konkret həbsdəki insanlarla bağlı fikirlərini də bildirib. Deyib ki, ölkədə sabitliyi pozub Liviya, Suriya, Misir, İraqdakı vəziyyəti yaratmaq gücündə olan adamları heç bir halda azad etmək olmaz: “Biz onda bütünlüklə dövlətçiliyi, sabitliyi təhlükəyə atmış olarıq. Mən onlara qarşı birmənalı olaraq dövlətin və məhkəmələrin sərt cəzalar verməsinin tərəfdarıyam. Xüsusilə də din məsələsində. Amma digər şəxslər azad oluna bilər. Açıq deyək, hazırda həbsdə olan adamların heç birinin belə bir potensialı yoxdur. Azərbaycanda da nə sosial vəziyyət, nə siyasi əhval-ruhiyə sadaladığım ölkələrdəki kimi deyil ki, sabitliyə və hakimiyyətə ciddi təhlükə olsun. Nə də o cür üsyan və qiyamların baş verməsi təhlükəsi yoxdur. Ona görə də hakimiyyət orqanları ciddi daşınıb-düşünməli, həmin şəxsləri azad etməlidir”.

Q.Həsənquliyevin siyasi mənsubiyyəti, mövqeyi hakimiyyətə yaxınlığı ilə seçilib. İndiki ərəfədə isə onun əfv, həbsdəki siyasi məhbuslarla bağlı verdiyi bu açıqlama “əfvə açıq qapı” təsiri bağışlayır. Deputat “biz beynəlxalq təşkilatlar tərəfindən əsaslı, ya qeyri-əsaslı siyasi məhbus kimi tanınan şəxslərin hamısını yubanmadan, birmənalı şəkildə azad etməliyik” sözləri ilə Yeni ul ərəfəsində imzalanacaq əfv fərmanının siqnallarını vermiş oldu.

Dekabrın 1-də isə bloqçu Əbdül Əbilovun əfv ərizəsi ilə İlham Əliyevə müraciət etdiyi xəbəri yayıldı. Bu isə artıq məlum prosesə yenidən start verildiyini göstərir. Ötən dəfədən də bəzi siyasi məhbusların əfv ərizəsi yazdığını yada salsaq, dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində böyük bir siyahınə əhatə edən əfv fərmanının imzalanacağı ümidləri artır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm