Qənirə Paşayeva Asiya Parlament Assambleyasında ermənilərdən danışdı
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva Asiya Parlament Assambleyasında ermənilərdən danışdı

Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasının toplantısında 1 milyon qaçqın və məcburi köçkünlərimizlə bağlı geniş məruzə ilə çıxış edib.

Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasının toplantısında Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyon insanımızla bağlı geniş məruzə ilə çıxış edib. Assambleyaya və bütün üzv ölkələrə azərbaycanlı qaçqın və məcburi köçkünlər adından səslənirəm deyən millət vəkili Qənirə Paşayeva deyib: "Mən 20 ildən artıqdır öz doğma evlərinə qayıda bilməyən 1 milyon azərbaycanlı qaçqınların və məcburi köçkünlərin adından danışıram. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın torpaqlarının 20%-ni işğal edib və 20 ildən artıqdır ki hərbi qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çəkmir və Azərbaycanın məcburi köçkünlərinə öz evlərinə qayıtmağa imkan vermir. Artıq 22 ildir azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə qayıda bilmirlər. Hər il yüzlərlə insan öz evlərinə qayıda bilməmək həsrətindən dünyalarını dəyişirlər. Bundan böyük insan haqları pozuntusu ola bilərmi? Bundan böyük faciə ola bilərmi? Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və 20 ildən artıqdır ki, onlar Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqda davam edir və BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və başqa təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymur və bu gün də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir. Azərbaycan qaçqın və məcburi köçknlər Asiya Parlament Assamblyesından bu məsələni də ciddi şəkildə müzakirə etməyi və bu istiqamətdə səylərini gücləndirməyə çağırır. Onlar Asiya Parlament Assamblyesından Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çəkməsi üçün təzyiqlər göstərməyi və bu məsələlərin qəbul ediləcək qətnamələrdə öz əksini tapmasını istəyirlər. Biz Pakistan və Türkiyə başda olmaqla buradakı bir çox dost ölkələrə hər zaman beynəlxalq təşkilatda Azərbaycanın ədalətli mövqeyini dəstəklədirkləinə görə minnətdarlığımızı bildiririk və inanırıq ki, siz hər zaman öz evlərinə qayıda bilməyən və böyük iztirablarla üzləşən insanların, ədalətin yanında olacaq və bu sessiyada da bu məsələyə diqqət göstərəcəksiniz. Azərbaycanlı qaçqınlar və məcburi köçkünlər sizdən bunu gözləyirlər. Mən nüfuzlu Assamblyeanı bu məsələyə çox ciddi yanaşmağa çağırıram. Mən Assamblyemızın sessiyası çərçivəsində bu məsələni müzakirə etməyə çağırıram. Onların harada yaşamasından asılı olmayaraq biz qaçqın və məcburi köçkünlər məsələsinə xüsusi diqqət göstərməli və onlara yardım etməliyik. Biz Asiya Parlament Assambleyasından və üzv ölkələrdən işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün Ermənistana təzyiqlər göstərməyi və təzyuqləri artırmalarımı gözləyir və buna çağırırıq.

Millət vəkili Qənirə Paşayevanın çıxışından sonra Pakistan və Türkiyə Parlamentinin nümayəndə heyətləri çıxışlarında Azərbaycanın və azərbaycanlı qaçqın və məcburi köçkünlərin səsinə səs verməyə və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması və köçkünlərin öz evlərinə dönə bilməsi istiqamətində Azərbaycana dəstəyi, Ermənistana təzyiqi artırmağa çağırıblar.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm