Nida.az
Əli Həsənov: Azərbaycan həmişə İslam həmrəyliyinə öz töhfəsini verib
Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və bundan sonra da bu sahədə qarşısında duran vəzifələri tam icra etmək əzmindədir.
Bu barədə AzərTAc-a müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) informasiya nazirlərinin Tehranda keçirilən 10-cu iclasında
iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat
verib.
Əli Həsənov bildirib ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə
tutulan IV İslam Həmrəyliyi Oyunları İƏT üzvü olan ölkələrin ümumi
mənafeyinə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq
ki, IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının zəngin
potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin
təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq
ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də
əlverişli fürsət olacaq.
Prezident Administrasiyasının şöbə müdiri iclasdakı çıxışında İƏT-ə
üzv ölkələrin informasiya nazirlərinin növbəti - 11-ci
toplantısının Azərbaycanda keçirilməsini təklif edəcəyini
bildirib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR